From Wikipedia, the free encyclopedia
Kotohira məbədi (金刀比羅宮, Kotohira-qu?) və ya Konpira məbədi – Yaponiyanın Kaqava prefekturasının Kotohira qəsəbəsinin Nakatado rayonunda yerləşən şintoist məbədi.[1] Şintoizm ilahı olan Omononuşi-no-kamiyə və İmperator Sutokuya həsr olunmuşdur.[1]
Şintoizm | |
Kotohira məbədi (金刀比羅宮?) | |
---|---|
金刀比羅宮 | |
Din | |
İlahi gücü |
Omononuşi İmperator Sutoku |
Festivalları | 10 oktyabr |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Prefektura | Kaqava prefekturası |
Qəsəbə | Kotohira |
Rayon | Nakatado |
Memarlıq | |
İnşa tarixi | XI əsrin əvvəlləri |
|
|
Saytı | |
konpira.or.jp | |
Şintoizm terminologiyası |
İmperator Sutoku Sanuki əyalətində sürgün zamanı öldüyü üçün məbəd XI əsrin əvvəllərində həmin əyalətdə tikilmiş və əvvəlcə buddizm-şintoizm ilahı olan Konpiraya həsr olunmuşdur.[1] Bu ilahın mənşəyi Hindistanda Qanq çayının timsah tanrısı olan Kumbhira ilə əlaqədardır.[1] Məbəd dənizə yaxın yerləşdiyi üçün Konpira balıqçıların və dənizçilərin qoruyucu ilahı hesab edilmiş, hətta yaxınlıqda yerləşən bir buddist məbədinin qoruyucu ilahı olmuşdur.[1]
1868-ci ildə buddizm ilə şintoizmin ayrılmasından sonra Konpira şintoizm ilahlarından biri olan Omononuşi-no-kami olaraq yenidən identifikasiya edilmişdir.[1] Omononuşi-no-kami VIII əsrə aid "Kociki" salnaməsində "dənizi işıqlandıran tanrı" kimi təsvir edilmişdir.[1]
Hər ilin 10 oktyabr tarixində məbəddə festival keçirilir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.