Kobani
Suriyada şəhər / From Wikipedia, the free encyclopedia
Kobani (kürd. Kobanî/Kobanê, ərəb. كوباني, klass. süry. ܟܘܒܐܢܝ), rəsmi olaraq Eyn ül-Ərəb (ərəb. عين العرب) — Suriyanın Hələb mühafəzəsində şəhər, Eyn ül-Ərəb rayonunun inzibati mərkəzi. Şəhər Suriyanın Türkiyə ilə olan sərhədi üzərində yerləşir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Xalq Qoruma Dəstələrinin (YPG) nəzarəti altına düşmüşdür.
Kobani | |
---|---|
عين العرب Kobanî | |
36°53′27″ şm. e. 38°21′13″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1915 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 520 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | C1946 |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayında qədər İraq Şam İslam Dövlətinin blokadası altında idi. Şəhərin əksər hissəsi məhv edilmiş, şəhər əhalisinin əksəriyyəti Türkiyəyə qaçmışdır.[1] Onların çoxu 2015-ci ildə geri qayıtmış və şəhərdə yenidənqurma işlərinə start verilmişdir.
Suriyada vətəndaş müharibəsindən əvvəl Kobani şəhərinin əhalisi 45.000 nəfərə yaxın idi.[2] Şəhər əhalisinin əksəriyyətini kürdlər təşkil edirdi, ancaq şəhərdə ərəb, Suriya türkmanı və erməni icmaları da yaşayırdı.[3]