From Wikipedia, the free encyclopedia
Kirirom Milli Parkı (khm. ឧទ្យានជាតិព្រះសុរាម្រិតកុសុមៈគិរីរម្យ) — Kambocada yerləşən milli park. Milli parkın böyük hissəsi Kambocanın Kamponq Speu bölgəsinin Pnom Sruoç rayonunda yerləşir, az qismi isə Koh Konq bölgəsindədir.
Kirirom Milli Parkı | |
---|---|
khm. ឧទ្យានជាតិព្រះសុរាម្រិតកុសុមៈគិរីរម្យ | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 350 km2 ha |
Yaradılma tarixi | 1993 |
Dağ | Kardamon dağları |
Yerləşməsi | |
11°18′37″ şm. e. 104°03′04″ ş. u.HGYO | |
Ölkə | Kamboca |
Vilayət |
Kamponq Speu Koh Konq |
Rayon | Pnom Sruoç |
Yaxın şəhər | Pnompen |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
"Kirirom" sözünün mənası "Xoşbəxt Dağ" deməkdir. Bu ad 1930-cu illərdə Kral Monivonq tərəfindən verilmişdir. Bu bölgənin keçmiş adı Pnom Vorvonq Sorvonq idi və bu ad iki eyni adlı təpədən götürülmüşdür. Kamboca əfsanəsinə görə Vorvonq və Sorvonq iki qəhrəman və ziyalı qardaş idilər.
Milli park Kardamon dağlarını əhatə edir.[1] Milli park paytaxt Pnompendən 112 km uzaqlıqdadır. Dəniz səviyyəsindən 675 m hündürlükdə yerləşən milli park Kambocanın ilk milli parkıdır. Burada bir çox turistik cığır, şəlalə, göl yerləşir və bir zamanlar kxmerlər tərəfindən sığınacaq kimi istifadə olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.