From Wikipedia, the free encyclopedia
Kimək xaqanlığı (qaz. Қимақ қағандығы/Qïmaq qağandığı, tatar. Kimäk Qağanlığı) — Köçəri türklərin qədim dövləti[2], 750-ci ildən 1035-ci ilədək Qazaxıstan və Cənubi Sibirdə yerləşirdi.
Tarixi dövlət | |
Kimək xaqanlığı | |
---|---|
|
|
Dilləri | türk dilləri[1], Monqol dilləri[1] |
Dövlət dini | Tanrıçılıq |
İdarəetmə forması | Monarxiya |
İrtış (əsl adı Erdişi) çayı sahilləri və Altay dağları arasında VIII əsrdə çeşidli boylarla birlikdə ittifaq dövləti içində yaşamış bir Türk ulusu olan kiməklər xaqanlıq qurmağa çalışırdılar. VIII yüzildə müstəqil oldular və X yüzildə Kitanların hücumu nəticəsində Ural dağlarının cənubuna köç etdilər. XI yüzildə Asiyanın şərqindən qərbinə sürəkli köç etdiklərindən boy birliyine əsaslanan quruluşları pozulmuşdu. Birlikləri pozulunca Qıpçaqlara tabe oldular.
Bu zamana qədər, Kiməklərin Monqol kökənli olduğu əsas götürülürdü. Aparılan araşdırmalar nəticəsində Kiməklərin də Türk kökənli olduğu sübut olundu. Qıpçaqların kiməklərin davamı olduğu bilinir.
Kiməklər işk, lanikaz, əclad, eymur, bayandur, tatar, qıpçaq tayfalarına ayrılırdılar.[3].
Orta çağa bağlı Çin coğrafyacılardan Yemək (Kimək), ayrıca Chumuhun və Üeban (Yūēban) kimi etnik grupların kim olduqları bilinmirdi, Ərəb və Fars coğrafyacıları; bütün bu adların Yemək (Kimək) boyu olduğunu yazmışdılar.[4]. Uyğur dönəmində, Çu boylarının içində əsas boyu olan Yeməkləri (Kimək) Ərəb və Fars qaynaqlarından tanınmışdılar.[5] Yemək boy adından erken İslâm qaynaqları da bəhs etməkdədir. Yemək əsilli kimsələr Abbasi xəlifəsinin gulâmları (memlük) arasında vardılar.[6]
Mahmud Qaşqarlı , Divan-i Lügətit-Türkdə:
"Rûm ölkəsinə ən yaxın olan boy Beçenekdir; sonra Kıpçak, Oğuz, Yemek, Başgırt, Basmıl, Kay(Kayı), Yabaku, Tatar, Kırkız (Kırgız) gelir. Qırğızlar Çin ölkəsinə yaxındırlar.".[7] tüm Türk boy ve oymakların yaşam alanları tanımlanır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.