Kezenoyam[1][2](çeç. Къоьзана Іам, Эйзен Ӏам[3]) — Dağıstan ərazisində yerləşən uçqun və ya tıxac göl. Göl Dağıstanın Botlix rayonu ilə Çeçenistan Respublikasının Vedeno rayonu sərhəddindədir. Kezenoyam gölü Sulak çayı hövzəsinə daxildir[4]. Regional əhəmiyyətli hidroloji abidə hesab olunur. Subalp çəmənlikləri zonasında yerləşir. Yağıntı və yeraltı sula ilə qidalanır. Səth axımı yoxdur. Göldə suyun səviyyəsi kəskin dəyişir. Dəyişmələr mövsimi və çoxillikdir (6–8 m). İllik düşən yağıntıların miqdarı suyun səviyyəsinə böyük təsir göstərir. Yayda göl suyunun temperaturu 17–18 °С olur. Qışda buz örtüyünün qalınlığı 60–80 sm olur. Ümumi göl suyunun həcmi — 62 milyon m³-dir. Dəniz səviyyəsindən hündürlüyü — 1854 metrdir. Göl səthinin sahəsi isə — 1,7 km²-dir. Bunun 1,5 km² — Çeçenistan ərazisinə düşür.[5]

Cəld faktlar Ümumi məlumatlar, Tipi ...
Kezenoyam
çeç. Къоьзана Іам, Эйзен Ӏам
Thumb
Ümumi məlumatlar
Tipi Uçqun və tıxac
Mütləq hündürlüyü 1854 m
Eni 0,735 km
Uzunluğu 2,7 km
Sahil uzunluğu 10 km
Sahəsi
  • 2 km²
Dərin yeri 72 m
Tökülən çay Xarsum
Minerallaşma tipi şirin
Yerləşməsi
42°46′38″ şm. e. 46°09′11″ ş. u.
Ölkə  Rusiya
Thumb
Kezenoyam
Kezenoyam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Adlanması

Müxtəlif şəkildə adlandırılır:Kezenoyam, Kazenoyam, Eyzenam, Retlo.

Ümumi məlumat

Ərazidə arxeloji tapıntılar və tarixi-memarlıq abidələri üstünlük təşkil edir. Bunlara həm hərbi, həm də yaşayış tikililəri daxildir. Ərazidə olan orta əsr Aldam-Qezi qəsri diqqəti cəlb edir. Göl yaxınlığında Kezenoy, Xoy, Arsoy, Sadoy, Buni, Makajoy aulları yerləşir. Etnoqrafik nəticələrə görə ərazi qədim məskunlaşma bölgəsidir[6].

Yüksək dağ gölü olan Kezenoyam Çeçenistanın ən böyük gölüdür. Göl Andiy silsiləsinin cənub yamaclarında yerləşir.[7] Göl iki kiçik çayın — Xarsum (Alxar) və Kauxa(Xodu) tıxac əmələ gətirməsi nəticəsində formalaşmış. Tıxaca səbəb isə zəlzələ zamanı baş vermiş uçqun olmuş. Gölün qərb hissəsində yerləşən bəndin hündürlüyü 100 m-dir. Göl yatağı çox dikdir və dib hissəsi düzdür. Ən dərin yeri 74 metrdir. Şimaldan cənuba doğru 2 km uzanır. Qərbdən şərqə doğru isə 2,7 km uzanır. Ən enli yeri 735 metrdir. Sahil xəttinin uzunluğu 10 km-dir. Göl suyu soyuqdur. Yayda su səthinin temperaturu 17–18 °С-dən artıq olmur. Aşağı qatların temperaturu isə təxminən 7–8 °С olur.

Ədəbiyyat

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.