![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/33/%25D0%259A%25D0%25B5%25D0%25B7%25D0%25B5%25D0%25BD%25D0%25BE%25D0%25B9%25D0%25B0%25D0%25BC.jpg/640px-%25D0%259A%25D0%25B5%25D0%25B7%25D0%25B5%25D0%25BD%25D0%25BE%25D0%25B9%25D0%25B0%25D0%25BC.jpg&w=640&q=50)
Kezenoyam gölü
From Wikipedia, the free encyclopedia
Kezenoyam[1][2](çeç. Къоьзана Іам, Эйзен Ӏам[3]) — Dağıstan ərazisində yerləşən uçqun və ya tıxac göl. Göl Dağıstanın Botlix rayonu ilə Çeçenistan Respublikasının Vedeno rayonu sərhəddindədir. Kezenoyam gölü Sulak çayı hövzəsinə daxildir[4]. Regional əhəmiyyətli hidroloji abidə hesab olunur. Subalp çəmənlikləri zonasında yerləşir. Yağıntı və yeraltı sula ilə qidalanır. Səth axımı yoxdur. Göldə suyun səviyyəsi kəskin dəyişir. Dəyişmələr mövsimi və çoxillikdir (6–8 m). İllik düşən yağıntıların miqdarı suyun səviyyəsinə böyük təsir göstərir. Yayda göl suyunun temperaturu 17–18 °С olur. Qışda buz örtüyünün qalınlığı 60–80 sm olur. Ümumi göl suyunun həcmi — 62 milyon m³-dir. Dəniz səviyyəsindən hündürlüyü — 1854 metrdir. Göl səthinin sahəsi isə — 1,7 km²-dir. Bunun 1,5 km² — Çeçenistan ərazisinə düşür.[5]
Kezenoyam | |
---|---|
çeç. Къоьзана Іам, Эйзен Ӏам | |
![]() | |
Ümumi məlumatlar | |
Tipi | Uçqun və tıxac |
Mütləq hündürlüyü | 1854 m |
Eni | 0,735 km |
Uzunluğu | 2,7 km |
Sahil uzunluğu | 10 km |
Sahəsi |
|
Dərin yeri | 72 m |
Tökülən çay | Xarsum |
Minerallaşma tipi | şirin |
Yerləşməsi | |
42°46′38″ şm. e. 46°09′11″ ş. u. | |
Ölkə |
![]() |
![]() |