Göl
axımı olmayan su hövzəsi / From Wikipedia, the free encyclopedia
Göl — Yer səthində, təbii qapalı çökəklikdə yerləşən su hövzəsidir. Geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min illərdə əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü).[1] Göllərin suyu əsasən şirin olsa da, şor sulu göllər də az deyil. Belə şor sulu göllərdən biri İranda yerləşən Urmiya gölüdür.
Dünyanın ən böyük gölu Xəzər dənizidir. O, böyük olduğu üçün dəniz adlanır. Xəzər dənizi şorsulu göllər sırasına daxildir. Ən böyük şirinsulu göl isə Yuxarı göldür.Titikaka dünyanın ən hündürdə yerləşən gölüdür. Ən dərin göl Baykal gölüdür. Onun dərinliyi 1642m-ə qədərdir. Duzluluğuna görə dəniz adlandırılsa da əslində göl olan ölü dəniz isə dünyanın ən duzlu gölüdür.
Göllərinin sayı ən çox olan ölkə Kanadadır, dünya göllərinin 60%-i Kanada ərazisindədir. Kanadada ölkənin 9%-ni tutan 3 000 000-dan çox göl vardır.[2]