Keniya bayrağı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Keniya bayrağı, müasir forması ilə, birinci dəfə 12 dekabr 1963-cü ildə qaldırılmış və rəsmi olaraq istifadə olunmağa başlanmışdır.
Keniya bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadə edən(lər) | Keniya |
Qəbul edilib | 12 dekabr 1963 |
Vikianbarda əlaqəli mediafayllar |
Bayraq qara, qırmızı və yaşıl rəngli üfüqi enli zolaqlardan və eyni zamanda da ağ rəngli üfüqi ensiz zolaqlardan ibarətdir.
Bayrağın yuxarı hissəsində olan qara rəng ölkədəki qara xalqı, qırmızı rəng kolonializm və quldarlıq dövründə baş vermiş olan döyüşlərdə axıdılmış olan igidlərin qanını, yaşıl rəng isə ölkənin meşələrini və düzənliklərini simvolizə edir. Bu üç rəngi bir-birlərindən ayıran dar ağ zolaqlar isə qara xalqın keçmişi ilə gələcəyi arasında sülhü və həmçinin də xalqların arasındakı ittifaqı simvollaşdırır. Bayrağın tam olaraq mərkəzi hissəsində yerləşdirilən və Masai xalqının istifadə etmiş olduğu ənənəvi Masai qalxanı və onun arxasında çarpaz şəkildə yerləşdirilmiş və bir-birləri ilə kəsişən iki ədəd nizə isə xalqın öz azadlığını hifz etmək naminə mübarizəsini simvollaşdırır.
Tarix boyu bir çox dövlətlər tərəfindən işğala məruz qalmış olan və müstəmləkəyə çevrilən ölkədə müxtəlif vaxtlarda müxtəlif ölkələrin bayraqları dalğalanmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.