Kemeri Milli Parkı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kemeri Milli Parkı (latış. Ķemeru nacionālais parks) — Latviyanın Yurmala şəhərinin qərbində, Riqadan 50 km uzaqlıqda yerləşən milli park.[2] Kemeri Milli Parkı sahəsində görə Latviyanın ən böyük üçüncü milli parkıdır (381,65 km2). Milli park ərazisinin böyük hissəsi meşələrdən və bataqlıqlardan ibarətdir. Milli parkda Böyük Kemeri bataqlığı (latış. Lielais Ķemeru tīrelis) yerləşir. Ərazidə Litorina dənizinin qalıqları olan laqun mənşəli bir neçə göl var. Kanieris gölü Ramsar yeri elan olunmuşdur. Milli parkda əsrlərlə müalicəvi məqsədlərlər istifadə olunmuş təbii bulaqlar və bataqlıqlar mühafizə olunur. Bulaqlar XIX əsrdə burada bir çox kurortların, spaların və sanitariumların tikilməsinə səbəb olmuşdur.
Kemeri Milli Parkı | |
---|---|
latış. Ķemeru nacionālais parks | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 381,65 km2 ha |
Yaradılma tarixi | 1997[1] |
Yerləşməsi | |
56°57′06″ şm. e. 23°30′45″ ş. u.HGYO | |
Ölkə | Latviya |
Yaxın şəhər | Yurmala |
kemeri.gov.lv | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park ərazisinin 57 %-ni meşələr təşkil edir. Meşələr çəmənliklər və meşəsi ərazilərlə birlikdə milli parkda bərabər paylanmışdır. Bataqlıqlar Kemeri Milli Parkının ərazisinin 24 %-ni tutur. Burada hər üç bataqlıq tipinə rast gəlmək mümkündür: bataqlıq yerlər, keçidlər və çeylliklər. Lielays Kemeru tirelis bataqlığı beynəlxalq dərəcədə əhəmiyyətlidir. Bu bataqlıqda bir çox bitki növləri inkişaf edir (xüsusilə, mamırlar və səhləb çiçəkləri). Çəmənliklər (həm quru, həm nəm) milli park ərazisinin 6 %-ni təşkil edir. Su hövzələri (çaylar, göllər, kükürd bulaqları və dəniz) isə milli park ərazisinin 10 %-ni təşkil edir. Burada axan çaylar tarix boyunca kənd təsərrüfatı məqsədilə dəyişdirilmişdir, lakin milli parkın su hövzələrində nadir növlər yaşayır: ilbizlər, molyusklar, balıqçılar və su samurları.
Milli parkda bir çox kükürd bulaqları yerləşir. Qips və torpaq bakteriyası qatlarına görə formalaşan H2S asanlıqla suda həll olur. Milli park ərazisinda kükürd bulaqlarından və bataqlıqlardan müalicəvi məqsədlər üçün istifadə olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.