Kemeri Milli Parkı
From Wikipedia, the free encyclopedia
Kemeri Milli Parkı (latış. Ķemeru nacionālais parks) — Latviyanın Yurmala şəhərinin qərbində, Riqadan 50 km uzaqlıqda yerləşən milli park.[2] Kemeri Milli Parkı sahəsində görə Latviyanın ən böyük üçüncü milli parkıdır (381,65 km2). Milli park ərazisinin böyük hissəsi meşələrdən və bataqlıqlardan ibarətdir. Milli parkda Böyük Kemeri bataqlığı (latış. Lielais Ķemeru tīrelis) yerləşir. Ərazidə Litorina dənizinin qalıqları olan laqun mənşəli bir neçə göl var. Kanieris gölü Ramsar yeri elan olunmuşdur. Milli parkda əsrlərlə müalicəvi məqsədlərlər istifadə olunmuş təbii bulaqlar və bataqlıqlar mühafizə olunur. Bulaqlar XIX əsrdə burada bir çox kurortların, spaların və sanitariumların tikilməsinə səbəb olmuşdur.
Cəld faktlar Sahəsi, Yaradılma tarixi ...
Kemeri Milli Parkı | |
---|---|
latış. Ķemeru nacionālais parks | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 381,65 km2 ha |
Yaradılma tarixi | 1997[1] |
Yerləşməsi | |
56°57′06″ şm. e. 23°30′45″ ş. u. | |
Ölkə | Latviya |
Yaxın şəhər | Yurmala |
kemeri.gov.lv | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla