From Wikipedia, the free encyclopedia
Kazan Dəmiryolu Stansiyası - Kazan şəhərinin mərkəzində, Privağzalnaya meydanında yerləşir. Vağzal binası 1896-cı ildə Henrik Ruşun[3]) layihəsi əsasında inşa edilmişdir. Şəhərin görməli yerlərindən biridir. Şəhər ətrafı terminal isə 1967-cı ildə inşa edilmiş və 2005-ci ildə yenidən bərpa edilmişdir. Kazan stansiyası 36 cüt uzaq və 13 yaxın məsafəli qatarlara xidmət edir. Üstəlik xidmət arasında şərq istiqamətində olan dizel qatarları da vardır[4]. İl ərzində vağzal 8 mln sərnişinə xidmət edir[5]. Stansiyada 15 yol, bir neçə aşağı platforma və yolların üstündə bir yerüstü üst keçid var. Bütün əsas platformalarda işləyən liftlər vardır. Stansiyanın ərazisi qapalıdır. Ora giriş nəzarət altındadır. İstənilən şəxs sərbəst şəkildə kassalardan bilet əldə edə bilir. Şəhərətrafı qatarlara keçid üçün terminaldakı turniket kompleksləri, qərb və şərq platformalarında iki ayrı qırmızı pavilyon istifadə olunur. Stansiyanın yerləşdiyi meydandan metro istisna olmaqla, hər cür ictimai nəqliyyat keçir.
Şəhərə dəmir yolunun çəkilişindən bir qədər sonra 1893-cü ildə voğzal açılmışdır. Sovetlər dönəmində binada Qorkov dəmir yollarının Kazan bölməsi yerləşirdi.
Stansiya binası 1992-ci ildə şiddətli bir yanğına məruz qaldı və 1997-ci ildə yenidən bərpa edildi. 2005-ci ilə şəhərin mi illiyi münasibətilə vağzalın bərpası planlaşdırılırdı. Ancaq meydanın və şəhər ətrafı platformanın bərpası mümkün olmuşdur.
2018-ci ilin iyun ayından etibarən stansiyadan aşağıdakı uzun məsafə qatarları işləyəcək:
Qatarların illik dövriyyəsi | |||
---|---|---|---|
№ Qatar | Maşrut xətti | № Qatar | Maşrut xətti |
1 «Premium» | Kazan — Moskva | 2 «Premium | Moskva — Kazan |
15 «Ural» | Yekaterinburq — Moskva | 16 «Ural» | Moskva — Yekaterinburq |
23 «İki mərtəbəli quruluş» | Kazan — Moskva | 24 «İki mərtəbəli quruluş» | Moskva — Kazan |
41 «Nijni Novqorod-Moskovski » | Kazan — Nijni Novqorod-Moskovski | 42 «Nijni Novqorod-Kazan» | Nijni Novqorod — Kazan |
45 «Ural» | Yekaterinburq — Kislovodsk | 46 «Ural» | Kislovodsk — Yekaterinburq |
59 «Tümen» | Nijnevartovsk — Moskva | 60 «Tümen» | Moskva — Nijnevartovsk |
75 | Kazan-2 | 76 | Moskva — Neryunqri |
81 | Kazan-2 | 82 | Moskva — Ulan-Ude |
105 | Nijnevartovsk — Volqoqrad | 106 | Volqoqrad — Nijnevartovsk |
111 | Kruqloe Pole — Moskva | 112 | Moskva — Kruqloe Pole |
117 | Kazan-2 | 118 | Moskva — Novokuznes |
133 «Povolje» | Kazan — Sankt-Peterburq | 133 «Povoje» | Sankt-Peterburq — Kazanl |
139 | Novosibirsk — Adler | 140 | Adler — Novosibirsk |
303 | Almatı — Kazan | 304 | Kazan — Almatı |
325 | Perm — Kislovodsk | 326 | Kislovodsk — Perm |
367 | Kirov st. — Kislovodsk | 368 | Kislovodsk — Kirov st. |
377 | Yeni Urenqoy — Kazan | 378 | Kazan — Yeni Urenqoy |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.