Perm
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Perm — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarına daxildir
Perm | |
---|---|
Пермь | |
58°00′50″ şm. e. 56°14′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 4 (15) may 1723 |
İlk məlumat | 1780 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 171 m[1], 90 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 342 |
Poçt indeksi | 614000–614999 |
Digər | |
gorodperm.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Hazırda Perm (əski Bürüxan) Kama çayı üzərində iri sənaye şəhəridir. Kama çayına tatarlar "Ak İdil" deyirdilər. Rus salnamələrində Kama adına 1220-ci ildə rast gəlinir. Ruslar Kamaya (bu çay Volqanın əsas qoludur) yiyələnməkdə çətinlik çəkirdi. Noqaylar, kalmıklar, başqırdlar rusların aramsız hücumlarına mətanətlə sinə gərirdilər. Lakin ruslar irəlilədikcə hərb qalaları tikir və bu hərbi məskənlər "ostorojki",eləcə də "qorodki" (bu qədim rus sözləri "hasarlanmış, yonulmuş tirlərdən çəkilmiş qala" mənasını ifadə edirdi) adlanırdı və rusların dayaq məntəqələrinə çevrilirdi.
Tatarların ulu əcdadları hələ qədimdən Bürüxan, indiki Perm vilayətinin sakinləri olmuşlar. Bəzi mülahizələrə görə Bürüxan şəhərinin adı bürü~börü "qurd"+xan=Bürüxan şəxs adından yaranmışdır. O da qeyd olunmalıdır ki, Bürüxan Sibir xalqlarında həm də "tapınma büt, sənəm, ilahi, pir" adıdır. Bu heykəllər müqəddəs ruhların obrazları idi. Adətən misdən, gümüşdən tökülürdü.
Bürüxan (Perm) tatarları öz etnik mənşələri etibarı ilə Kunqur tatarlarıdır. Onlar Kazan tatarlarının etnik qolu sayılırlar. Kunqur tatarları indiki Perm, Yekaterinburq vilayətlərinin əsl yerli sakinləri olmuşlar. Həm də Orta Volqaboyunda tatarların bir hissəsi də zorla xristianlaşmadan qaçaraq XVI əsrdən başlayaraq buraya köçməyə məcbur olmuşlar.
1472-ci ildə Bürüxan-Perm fəth edildi, deyə Karamzin yazır. Çar İvan Qroznı bu yerləri istila etdikdən sonra varlı tacir Stroqanovlara Perm torpaqlarını bağışladı. Perm Sibirin bütövlükdə fəth edilməsi işində baza kimi xidmət edirdi. Stroqanovlar qiymətli filiz yataqlarının istismarına girişməklə Sibirin tam şəkildə istila olunmasında müstəsna rol oynamışlar. Onlar Xəzər dənizində quldurluq edən Yermakın başçılığı altında yolkəsən kazakları öz əmniyyətləri üçün muzdlu mühafizə işinə cəlb etdi. Bu bölük 1581-ci ildə Uralı keçərək İrtış vadisinə çıxdı və bu yerlərə rusların ayağını açdılar.
Kama çayı üstündə Bürüxan kəndi rusların bu yeni istila olunmuş yerlərə köçürülməsindən sonra 1568-ci ildə Bürüxanovo kimi tanınırdı.
1770-ci ildə möhkəmlənən və misəritmə zavodlarına görə sürətlə məskunlaşdırılan şəhər artıq 1780-cı ildə Perm adını alır. Perm katorqaya gedənlərin keçid qapısı idi.
Hazırda Perm vilayətində 150-dən artıq tatar yaşayış məskənləri qeydə alınmışdır. 25 məscid, 95 tatar məktəbi fəaliyyət göstərmiş (1996) xalq muzeyləri, tatar dilində radio-televiziya verlişləri təşkil edilmiş, tatar xalq teatrı, pedoqoji texnikum yaradılmış, tatar dilində qəzet çıxarılmaqdadır.
Penza vilayətində də (Lukin r.) Bürüxanovka adlı kənd (Indiki adı Rodniki) olmuşdur. Türk mənşəli rus familiyaları içərisində Bürüxanov soyadı da vardır. Bütün bunlar vilayətin əski adının köklü türk mədəniyyəti ilə bağlı olduğunu göstərməkdədir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.