Kavaquçi gölü
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kavaquçi gölü (河口湖, Kawaguchi-ko?) – Yaponiyanın Fuci dağının yaxınlığında, Yamanaşi prefekturasının cənubunda, Fucikavaquçiko ilə Minobu qəsəbələrinin sərhədində yerləşən göl. Beş Fuci gölünün içərisində sahəsinə görə ikinci, dəniz səviyyəsindən yüksəkliyinə görə sonuncudur. Dəniz səviyyəsindən 833 metr yüksəklində yerləşdiyindən yayları sərin, qışı soyuq keçir. Sahil xəttinin uzunluğu Beş Fuci gölü arasında ən uzundur.[1]
Kavaquçi gölü | |
---|---|
yap. 河口湖 | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 833 m |
Sahil uzunluğu | 19.080 km |
Sahəsi | 6,13 km² |
Həcmi | 0,084 km³ |
Dərin yeri | 15,2 m |
Yerləşməsi | |
35°30′54″ şm. e. 138°45′24″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Əyalət |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün yaxınlığında Fuci-Hakone-İzu Milli Parkı yerləşir.[2]
Göldən axan hansısa çay yoxdur. Ətrafındakı yaşayış məntəqələri 1914-cü ildə tamamlanan kanala qədər problem təşkil edirdi. Kanal gölü Saqami çayının qolu ilə əlaqələndirir.
Digər Beş Fuci gölü kimi Kavaquçi gölü də populyar turizm məkanıdır. Gölün yaxınlığında otellər, düşərgələr və gəzinti qayıqları var. Göldə yaşayan əsas balıq növləri Yaponiya karpı və vakasaqidir. Göldə balıqçılıq idmanı populyardır. Cəlb etdiyi turist sayına və turizm infrastrukturunun inkişafına görə Beş Fuci gölü arasında birincidir. Alpinizm mövsümündə (iyul və avqust ayları) Fuci dağına dırmaşmaq istəyənlər səyahətlərinə buradan başlayırlar.
Göl 2013-cü ildə Fucisan Mədəniyyət Yerinin bir hissəsi Ümumdünya irsi siyahısına salınmışdır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.