Kartli çarlığı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kartli çarlığı[1] — Şərqi Gürcüstanda dövlət. XV əsrin 2-ci yarısında vahid Gürcüstan çarlığının parçalanması nəticəsində yaranmışdı. Paytaxtı Tiflis idi. Dövlətin iqtisadiyyatı natural təsərrüfata əsaslanırdı. Kartli çarlığı yarımmüstəqil inzibati vahidlərə (satavado) bölünürdü. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində çarlığın iqtisadi və mədəni həyatında yüksəliş baş vermidi. Kartli çarlığı XVI– XVIII əsrlərdə müstəqillik uğrunda Səfəvilər dövləti və Osmanlı İmperiyasına qarşı mübarizə aparmışdır. 1723-cü ildə çarlıq Osmanlı İmperiyası tərəfindən, 1735-ci ildə isə Nadir şahın qoşunları tərəfindən tutmuşdu. Nadir şahın ölümündən sonra yenidən müstəqil olan Kartli, 1762-ci ildə, çar II İraklinin dövründə, Kaxeti çarlığı ilə birləşdi; vahid Kartli-Kaxeti çarlığı yarandı. 1801-ci ildə isə Kartli-Kaxeti çarlığı Rusiya imperiyasının tərkibinə daxil oldu.
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Tarixi dövlət | |||||
Kartli çarlığı | |||||
---|---|---|---|---|---|
ქართლის სამეფო | |||||
|
|||||
|
|||||
Paytaxt | Tiflis | ||||
Rəsmi dilləri | Gürcü dili | ||||
Dövlət dini | Pravoslav, İslam | ||||
İdarəetmə forması | Monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Portret | Adı | Hakimiyyət illəri | Əvvəlki çarlarla əlaqəsi |
---|---|---|---|
II Konstantin | 1484–1505 | I Aleksandrın nəvəsi | |
X David | 1505–1525 | II Konstantinin oğlu | |
IX Georgi | 1525–1527 | X Davidin qardaşı | |
Luarsab | 1527–1556 | X Davidin oğlu | |
I Simon | 1556–1569
1578–1599 |
X Davidin oğlu | |
XI David | 1569–1578 | X Davidin oğlu | |
X Georgi | 1599–1606 | I Simonun oğlu | |
II Luarsab | 1606–1615 | I Simonun oğlu | |
VII Baqrat | 1615–1619 | XI Davidin oğlu | |
II Simon | 1619–1630 | VII Baqratın oğlu | |
I Teymuraz | 1630–1634 | (Kartli Kaxetiya ilə
birgə idarə olundu) | |
I Rüstəm | 1633–1658 | XI Davidin oğlu | |
V Vaxtanq | 1658–1675 | II Konstantinin kötücəsi | |
XI Georgi | 1675–1688
1703–1709 |
V Vaxtanqın oğlu | |
I İrakli | 1688–1703 | I Teymurazın oğlu | |
Keyxosrov | 1709–1711 | XI Georginin qardaşı oğlu | |
I Yese | 1714–1716
1724–1727 |
Keyxosrovun qardaşı | |
VI Vaxtanq | 1716–1724 | Keyxosrov və I Yesenin qardaşı | |
II Teymuraz | 1744–1762 | I İraklinin nəvəsi |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.