From Wikipedia, the free encyclopedia
I İrakli və ya Nəzər Əli xan — müəyyən fasilələrlə Kaxeti və Kartli çarı olmuş gürcü hökmdarı. 1642-ci ildə anadan olmuşdur. Atası çar I Teymurazın 3-cü oğlu David, anası Diasamidze ailəsindən Yelena Diasamidze idi.
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
I İrakli Nəzər Əli xan | |
---|---|
ერეკლე I ნაზარალი-ხანი | |
| |
Kartli çarı | |
1688 – 1703 | |
Əvvəlki | XI Georgi |
Sonrakı | XI Georgi |
Kaxeti çarı | |
1675 – 1676 | |
Əvvəlki | Arçil |
Sonrakı | Səfəvilər imperiyası |
Kaxeti çarı | |
1703 – 1709 | |
Əvvəlki | Səfəvilər imperiyası |
Sonrakı | II David |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1637/1642 |
Doğum yeri | Gürcüstan |
Vəfat tarixi | |
Vəfat yeri | İsfahan, Səfəvilər imperiyası |
Atası | David Baqrationi |
Anası | Yelena Diasamidze |
Uşaqları | |
Ailəsi | Baqrationi |
Dini | islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İrakli İslamı qəbul etmişdi. Nəzər Əli xan kimi tanınırdı.
1648-ci ildə atasının ölümündən sonra Rusiyaya aparılmış, orda böyümüşdü. 1662-ci ildə Kaxeti çarı olmaq üçün geri qayıtmışdı.
İrakli Kaxetiyanı ələ keçirməyə təşəbbüs göstərsə də, Şahnəvaz xan tərəfindən geri oturduldu. Darmadağın olunmuş İrakli Torqa qalasında gizləndi. İraklinin anasının aman istəyəni nəzərə alan Şahnəvaz xan 1664-cü ildə Torqa qalasını tutsa da İrakliyə toxunmadı. Şah II Abbas, Şahnəvaz xanın oğlu Arçili müsəlman edərək, Qivi adlı gürcünü də ona qoşub Kaxetiyaya vali təyin etdi. İslamı qəbul etmiş Arçilə Şahnəzər adı verildi. Lakin İraklinin yenidən Kaxetiyanı ələ keçirmək niyyətini eşidən Şahnəvaz xan oğlunun köməyinə gələrək, İraklini Tuşetə qovdu. Atskveri qalasında qalan vali qızılbaş ordusunun əsas hissəsini Tiflisə geri göndərdi. Qızılbaş ordusunun Tiflisə getmə xəbərini duyan Kaxet gürcüləri İrakliyə Şahnəvaz xana qarşı gecə hücumu etməyi məsləhət görərək, kömək edəcəklərini bildirdilər. Şahnəvazın yanında olan Qivi və Sisişvilinin dəstələri valini qoyub qaçsalar da, İraklinin gecə hücumunun qarşısının alınmasında mühüm rol oynadılar. Bu döyüşdə Təhmas Türküstanaşvili xüsusi igidlik göstərərək, Şahnəvazı gerçək ölümdən qurtardı. İrakli tərəfdarları qaçdılar. Qaçanları təqib edən Şahnəvaz xan onların kəsilmiş başlarından qüllə düzəltdirdi. Bu hadisədən sonra Şahnəzər xan Kaxetiyada daha da möhkəmləndi. İrakli yenidən Rusiyaya qayıtdı. Kaxet tavadlarının rəğbətini qazanmaq istəyən Şahnəzər xan İraklinin qızı Katevanla evləndi.
II Abbasdan sonra Səfəvi taxtına Şah Süleyman Səfəvi (II Səfi) çıxdı. Şah Süleyman (1666 - 1694) 1674-cü ildə yenidən Kaxetiyaya qayıdan İraklini yanına çağırtdırdı. Şahın İraklini Kaxetiyaya hakim təyin edəcəyindən qorxuya düşən Şahnəzər xan (I Arçil) atası Şahnəvaz xanla (V Vaxtanq) məsləhətləşmədən İmeretiyaya qaçdı. Hadisələri diqqətlə izləyən Süleyman şah, Şahnəvaz xanı təcili olaraq yanına çağırtdırdı. Şahnəvaz xan yolda vəfat etdi və onu Qumda,atası Rüstəm xanın (I Rüstəm) yanında dəfn etdilər. I İrakli cəmisi 1 il çar oldu. Süleyman şah Şahnəvaz xanın böyük oğlu XI Georgiyə də İslamı qəbul etdirərək II Şahnəvaz adı ilə Kartliyə vali təyin etdi.
Süleyman şah 1688-ci ildə II Şahnəvazı vəzifəsindən uzaqlaşdıraraq, İslamı qəbul edərək Nəzərəli xan adını alan İraklini Tiflisə canişin göndərdi. Canişinlikdən uzaqlaşdırılmış II Şahnəvaz xan 4 il Nəzərəli xanla mübarizə aparsa da özbaşına heç nəyə nail ola bilmədi. Ona bu döyüşlərdə keçmiş Gəncə bəylərbəyi Abbasqulu xan kömək edirdi. 1710-cü ildə İsfahanda vəfat etdi. Yerinə oğlu David keçdi.
I İrakli 1677-ci ildə Anna Çolokaşvili ilə evləndi. Ondan bir neçə övladı oldu:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.