From Wikipedia, the free encyclopedia
Karduxi,[1] korduenalılar və ya qorduenalılar[2] — qədim dövrdə, indiki Suriya Kürdüstanı ərazisində, Assuriya və Midiya sərhədləri yaxınlığında, Dəclənin yuxarı sahili boyunca yerləşən təpələrdə yaşamış döyüşkən tayfalar.[3]
Tarixçi Arşak Safrastiyanın yazılarına görə, klassik yunan ədəbiyyatında adı çəkilən midiyalılar və skiflər yalnız əvvəlcədən düşünülmüş anlayışlar kimi mövcud idilər. O, karduxiləri kutilər ilə eyniləşdirmiş və əlavə etmişdir ki, Parfiya ordusu Həmrin dağlarının aşağı yamacları ilə hərəkət edəndə onlar burada kuti tayfaları ilə təmasda olmuşdular ki, bu tayfalar da midiyalılar və ya skiflər kimi təqdim edilir.[4] Digər alimlərin fikrincə, onların qutilərlə birbaşa əlaqəsi mümkün deyil, çünki kutilər Hind-İran xalqlarından deyildilər və yalnız Mesopotamiyanın cənubunda yaşadıqları məlumdur.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.