From Wikipedia, the free encyclopedia
Kapelmeyster (alm. Kapellmeister) — orkestrvə ya xor kapellasına rəhbərlik edən şəxs, bu termin alman dilindən götürülüb.
Təxminən 1500-1800-cü illəri ərzində almandilli ölkələrdə kapelmeyster monarx və ya zadəgan üçün musiqi yazana deyirdilər.
Kapelmeyster vəzifəsi vacib sayılırdı, və onun vəzifələrindən biri digər musiqiçilərə nəzarət etmək idi. İohann Sebastyan Bax 1717-ci ildən 1723-cü ilə kimi şahzadə Leopoldun kapelmeysteri kimi çalışmışdır. Yozef Haydn uzun illər ərzində Avstriya İmperiyasının yüksək mövqe tutan zadəgan ailəsi Esterhazilərin kapelmeysteri olmuşdur.
Kapelmeyster həmçinin kilsə üçün musiqi yazana da deyilirdi.
Kapelmeyster vəzifəsini ələ keçirmək o vaxtki musiqiçilər üçün müvəffəqiyyətə nail olmaq kimi idi. Məsələn, Yozef Haydn bir dəfə söyləmişdi ki, onun atası ölmədən oğlunun kapelmeyster vəzifəsində gördüyü üçün çox şaddı.[1] Bu termin həmçinin əhəmiyyətli musiqi ustalığına malik olmaq mənasını verirdi.
18-ci əsrin sonunda zadəganların çoxu öz iqtisadi güc cəhətdən sürətlə inkişaf edən orta səviyyəyə aid insanlarla müqayisədə zəiflədi. Nəhayət kapellanın fəaliyyətini davam etdirmək zadəganların əksəriyyəti üçün çox baha gəldi ki, bu da kapelmeyster vəzifəsinin sayının azalmasına səbəb oldu. Buna aid məşhur hadisə 1790-cı ildə baş vermişdir ki, atası Mikloş Esterhazinin yerinə keçən Anton I Esterhazi demək olar ki mövcud olan hər geniş musiqi müəssisələrini ləğv etdi. Bu dövr musiqiçilər üçün çətin gəldi, çünki onlar dəstək üçün özlərinə yeni üsullar tapmalı idilər. Məsələn, Lüdviq van Bethoven kapelmeyster kimi heç vaxt işləməmişdir, ancaq ona dəstək verən nəşrlər və konsertlərdən gələn gəlirlər olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.