From Wikipedia, the free encyclopedia
Is This a Zombie?, Yaponiyada tanınan adı ilə Kore wa Zombie Desu ka? (これはゾンビですか?, Kore wa Zonbi Desu ka??, azərb. Bu bir zombidir?) və ya qısaca Korezom[2] (これゾン, Korezon?) — Kobuyçi və Muririnin rəssamlığı ilə Şiniçi Kimura tərəfindən yazılan ranobe seriyası. Fujimi Shobo nəşriyyatı 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa kimi Fujimi Fantasia Bunko imprinti altında ranobenin 19 cildini nəşr etmişdir. Ranobe əsasında 2 manqa adaptasiyası və bir yonkoma adaptasiyası istehsal olunmuşdur. Studio Deen tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 11 yanvar 2011-ci ildən 31 mart 2011-ci ilə kimi yayımlanmışdır. "Is This a Zombie? of the Dead" (これはゾンビですか? オブザデッド, Kore wa Zonbi Desu ka? Obu za Deddo?) adlı ikinci mövsüm isə 5 aprel 2012-ci ildən 7 iyun 2012-ci ilə kimi nümayiş etdirilmişdir.
Is This a Zombie? | |
Birinci cildin üzlüyü. Personaj: Haruna. | |
これはゾンビですか? (Kore wa Zonbi Desu ka?) azərb. Bu bir zombidir? | |
---|---|
Janr | fentezi, harem, maho-şoco, romantik komediya |
Manqa | |
Manqaka | Şiniçi Kimura |
Rəssam | Kobuyçi Muririn |
Nəşriyyat | Fujimi Shobo |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 20 yanvar 2009 – 20 iyun 2015 |
Cildlər | 19 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Şiniçi Kimura |
Rəssam | Saççi |
Nəşriyyat | Fujimi Shobo |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Monthly Dragon Age |
Demoqrafiya | Şonen |
Nəşr tarixi | 9 yanvar 2010 – 9 noyabr 2013 |
Cildlər | 8 (cild siyahısı) |
Fəsil sayı | 46 |
Manqa | |
Kore wa Zombie desu ka? Hai, Anata no Yome desu | |
Yazıçı | Şiniçi Kimura |
Rəssam | Ryo Hasemi |
Nəşriyyat | Kadokawa Shoten |
Jurnal | Comp Ace |
Demoqrafiya | Şonen |
Nəşr tarixi | 26 oktyabr 2010 – 26 fevral 2013 |
Cildlər | 5 (cild siyahısı) |
Fəsil sayı | 29 |
Anime | |
Rejissor | Takaomi Kanasaki |
Prodüsser | Satoşi Fucita Seyiçi Haçiya Seyiçi Kavaşima Tomoki Numata |
Ssenarist | Makoto Uezu |
Bəstəkar | Şinci Kakişima |
Studiya | Studio Deen |
Digər lisenziyalar | |
Kanal | TVS, GBS, CTV, STV, KBS Kyoto, MTV, Tokyo MX, TVK, TVQ, Nico Nico Channel, AT-X |
Digər kanallar | |
Buraxılış tarixi | 11 yanvar 2011 – 30 mart 2011 |
Seriyalar | 12 + OVA (seriya siyahısı) |
Anime | |
Is This a Zombie? of the Dead | |
Rejissor | Takaomi Kanasaki |
Ssenarist | Makoto Uezu |
Bəstəkar | Şinci Kakişima |
Studiya | Studio Deen |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, TVQ, STV, GBS, MTV, BS11, CTV, TVK, TVS, AT-X |
Digər kanallar | |
Buraxılış tarixi | 5 aprel 2012 – 7 iyun 2012 |
Seriyalar | 10 + 2 OVA (seriya siyahısı) |
Hekayənin baş qəhrəmanı Ayumu Aykava adi bir lisey tələbəsidir. Lakin bir gün naməlum seriyalı qatil tərəfindən öldürülür və yeraltı dünyasından gələn nekromant qız Yuklivud Hellsayt tərəfindən zombi kimi dirildilir. Beləliklə, Ayumu ölümsüzlük qazanır: hətta bədəni parçalara ayrılsa belə ölmür. Ayumu həyatını belə davam etdirməyi planlaşdırır. Lakin Haruna adlı maso-şoco (魔装少女?, azərb. "Sehrli paltarlı qız"; "sehrli qız" mənasını verən "maho-şoco" sözü üzərində söz oyunu) ilə qarşılaşır və istəmədən onun sehrini alaraq maso-şoco olur. Tezliklə Serafima adlı vampir nindza da onlara qoşulur. Yuklivud, Haruna və Serafim Ayumu ilə birlikdə yaşamağa başlayırlar. Ayumu bir tərəfdən yeni dostlarını Meqalo adlandırılan iblislərə qarşı döyüşməyə kömək edir, bir tərəfdən də onu öldürən qatilin əsl şəxsiyyətini tapmağa çalışır.
"Is This a Zombie?" Kobuyçi və Muririnin rəssamlığı ilə Şiniçi Kimura tərəfindən yazılmış ranobe seriyasıdır.[3] Ranobe seriyasının ilk cildi 20 yanvar 2009-cu ildə Fujimi Shobo nəşriyyatı tərəfindən Fujimi Fantasia Bunko imprinti altında buraxılmışdır.[4] Sonuncu – 19-cu cild isə 20 iyun 2015-ci ildə nəşr olunmuşdur.[5]
№ | Başlıq | Nəşr tarixi | ISBN |
---|---|---|---|
1 | Kore wa Zonbi Desu ka? Hai, Masō-Shōjo Desu (これはゾンビですか? はい、魔装少女です?) | 20 yanvar 2009[4] | ISBN 978-4-8291-3370-5 |
2 | Kore wa Zonbi Desu ka? Sō, Watashi wa Shi o Yobu Mono (これはゾンビですか? そう、私は死を呼ぶもの?) | 20 may 2009[6] | ISBN 978-4-8291-3370-5 |
3 | Kore wa Zonbi Desu ka? Ie, Sore wa Bakuhatsu Shimasu (これはゾンビですか? いえ、それは爆発します?) | 20 sentyabr 2009[7] | ISBN 978-4-8291-3442-9 |
4 | Kore wa Zonbi Desu ka? Un, Sensei ga Saikyō Dayo! (これはゾンビですか? うん、先生が最強だよ!?) | 20 yanvar 2010[8] | ISBN 978-4-8291-3481-8 |
5 | Kore wa Zonbi Desu ka? Ā, Mai Dārin wa Rokudenashi (これはゾンビですか? ああ、マイダーリンはロクデナシ?) | 20 may 2010[9] | ISBN 978-4-8291-3524-2 |
6 | Kore wa Zonbi Desu ka? Hai, Dochira mo Yome Desu (これはゾンビですか? はい、どちらも嫁です?) | 20 oktyabr 2010[10] | ISBN 978-4-8291-3574-7 |
7 | Kore wa Zonbi Desu ka? Hāi, Nemureru Chichi Desu (これはゾンビですか? はーい、眠れるチチです?) | 20 yanvar 2011[11] | ISBN 978-4-8291-3605-8 |
8 | Kore wa Zonbi Desu ka? Hai, Kisu Shite Gomennasai (これはゾンビですか? はい、キスしてごめんなさい?) | 10 iyun 2011 (məhdud nəşr)[12] 18 iyun 2011 (məhdud nəşr)[13] | ISBN 978-4-8291-9764-6 (məhdud nəşr) ISBN 978-4-8291-3650-8 (daimi nəşr) |
Məhdud nəşrə OVA seriyası daxil edilmişdir. | |||
9 | Kore wa Zonbi Desu ka? Hai, Iwa(noro)i ni Kimashita (これはゾンビですか? はい、祝(呪)いに来ました?) | 19 noyabr 2011[14] | ISBN 978-4-8291-3701-7 |
10 | Kore wa Zonbi Desu ka? Hai, Raburī de Chāmingu Dakedo Atashi wa (これはゾンビですか?10 はい、ラブリーでチャーミングだけどあたしは?) | 15 aprel 2012 (məhdud nəşr)[15] 19 may 2012 (daimi nəşr)[16] | ISBN 978-4-8291-9766-0 (məhdud nəşr) ISBN 978-4-8291-3761-1 (daimi nəşr) |
Məhdud nəşrə OVA seriyası əlavə olunmuşdur. | |||
11 | Kore wa Zonbi Desu ka? Hai, Merenge Desu (これはゾンビですか?11 はい、メレンゲです?) | 20 oktyabr 2012[17] | ISBN 978-4-8291-3811-3 |
12 | Kore wa Zonbi Desu ka? Sō, Watashi wa Ai o Sakebu Mono (これはゾンビですか?12 そう、私は愛を叫ぶ者?) | 20 fevral 2013[18] | ISBN 978-4-8291-3858-8 |
13 | Kore wa Zonbi Desu ka? Iie, Mattaku Kioku ni Gozaimasen (これはゾンビですか?13 いいえ、全く記憶にございません?) | 18 may 2013[19] | ISBN 978-4-8291-3887-8 |
14 | Kore wa Zonbi Desu ka? Hai、Dousehi Kikomori Dakedo (これはゾンビですか?14 はい、どうせひきこもりだけど?) | 19 oktyabr 2013[20] | ISBN 978-4-04-712916-0 |
15 | Kore wa Zonbi Desu ka? Hai, Docchi mo Atashi Desu (これはゾンビですか? 15 はい、どっちもあたしです?) | 20 mart 2014[21] | ISBN 978-4-04-070063-2 |
16 | Kore wa Zonbi Desu ka? Mā, saikin wa Toku ni (これはゾンビですか? 16 まあ、さいきんはとくに?) | 20 avqust 2014[22] | ISBN 978-4-04-070272-8 |
17 | Kore wa Zonbi Desu ka? Hai, Boku wa Shinimashen (これはゾンビですか? 17 はい、ボクは死にましぇん?) | 20 noyabr 2014[23] | ISBN 978-4-04-070273-5 |
18 | Kore wa zonbi desu ka? Hai ippan pipo ni modorimasu (これはゾンビですか? 18 はい、一般ピーポーに戻ります?) | 20 fevral 2015[24] | ISBN 978-4-04-070274-2 |
19 | Kore wa zonbi desu ka? Hai omae ja neyo! (これはゾンビですか? 19 はい、お前じゃねぇよ!?) | 20 iyun 2015[5] | ISBN 978-4-04-070604-7 |
30 dekabr 2009-cu ildə Marine Entertainment bir drama CD buraxmışdır.[25] Drama CD-nin həm məhdud, həm də daimi nəşrləri buraxılmışdır.[25] Hər iki nəşrin ilk buraxılışlarına B2 ölçülü poster əlavə olunmuşdur.[25] Məhdud nəşr Şiniçi Kimura tərəfindən yazılmış buklet və Kobuyçi ilə Muririn tərəfindən hazırlanmış telefon kartı ilə buraxılmışdır.[25]
Saççi tərəfindən hazırlanmış manqa adaptasiyası 9 yanvar 2010-cu ildə "Monthly Dragon Age" jurnalında nəşr olunmağa başlamışdır. İlk tankobon cildi Kadokawa Shoten tərəfindən 9 avqust 2010-cu ildə buraxılmışdır.[26] 6 dekabr 2013-cü ilə kimi 8 cildi nəşr olunmuşdur.[27] Muupanın rəssamlığı ilə "Is This a Zombie? Yes, It's 4-koma Flavor." (これはゾンビですか? はい、4コマ風味です。, Kore wa Zonbi Desu ka? Hai, Yonkoma Fūmi Desu.?) adlı yonkoma manqası istehsal olunmuşdur. Ryo Haseminin rəssamlığı ilə istehsal olunmuş "Is This a Zombie? Yes, I'm your Wife." (これはゾンビですか? はい、アナタの嫁です。, Kore wa Zonbi Desu ka? Hai, Anata no Yome desu.?) manqası 26 oktyabr 2010-cu ildən 26 fevral 2013-cü ilə kimi "Comp Ace" jurnalında nəşr olunmuşdur və 5 cildi buraxılmışdır.[28]
Saççinin manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.[29]
№ | Orijinal versiyasının nəşr tarixi | Orijinal ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 9 avqust 2010[26] | ISBN 978-4-04-712679-4 | 27 mart 2012[30] | ISBN 978-0-3162-1036-2 |
2 | 8 yanvar 2011[31] | ISBN 978-4-04-712707-4 | 24 iyul 2012[32] | ISBN 978-0-3162-1037-9 |
3 | 8 iyul 2011[33] | ISBN 978-4-04-712735-7 | 20 noyabr 2012[34] | ISBN 978-0-3162-1038-6 |
4 | 9 dekabr 2011[35] | ISBN 978-4-04-712763-0 | 23 aprel 2013[36] | ISBN 978-0-31-624533-3 |
5 | 9 may 2012[37] | ISBN 978-4-04-712796-8 | 23 iyul 2013[38] | ISBN 978-0-31-625271-3 |
6 | 20 oktyabr 2012 (mn)[39] 9 noyabr 2012 (dn)[40] | ISBN 978-4-04-712806-4 (mn) ISBN 978-4-04-712838-5 (dn) | 29 oktyabr 2013[41] | ISBN 978-0-316-24318-6 |
Məhdud nəşrə OVA seriyası daxil edilmişdir. | ||||
7 | 9 may 2013[42] | ISBN 978-4-04-712870-5 | 18 fevral 2014[43] | ISBN 978-0-316-36904-6 |
8 | 6 dekabr 2013[27] | ISBN 978-4-04-712963-4 | 22 iyul 2014[44] | ISBN 978-0-316-37677-8 |
№ | Yapon nəşr tarixi | Yapon ISBN |
---|---|---|
1 | 8 mart 2011[45] | ISBN 978-4-04-715661-6 |
2 | 21 sentyabr 2011[46] | ISBN 978-4-04-715784-2 |
3 | 24 aprel 2012[47] | ISBN 978-4-04-120204-3 |
4 | 24 oktyabr 2012[48] | ISBN 978-4-04-120441-2 |
5 | 23 may 2013[49] | ISBN 978-4-04-120696-6 |
17 may 2010-cu ildə anime adaptasiyası anons edilmişdir.[50] 12 seriyalıq anime serialı Studio Deen studiyası tərəfindən istehsal olunmuş və 11 yanvar 2011-ci ildən 30 aprel 2011-ci ilə kimi yayımlanmışdır. 10, 11 və 12-ci seriyalar 2011-ci ilin martında baş vermiş Tohoku zəlzələsinə görə plana uyğun şəkildə yayımlanmamışdır.[51][52] Anime Crunchyroll vasitəsilə də yayımlanmışdır.[53] Animenin 13-cü seriyası olan OVA seriyası 10 iyun 2011-ci ildə ranobenin 8-ci cildi ilə birlikdə DVD-də buraxılmışdır.[12] Anime Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmış və 4 dekabr 2012-ci ildə buraxılmışdır.[54][55]
"Is This a Zombie? of the Dead" (これはゾンビですか? オブザデッド, Kore wa Zonbi Desu ka? Obu za Deddo?) adlı ikinci mövsüm[56] "Monthly Dragon Age" jurnalının iyul buraxılışında anons edilmişdir. İkinci mövsüm 5 aprel 2012-ci ildən 7 iyun 2012-ci ilə kimi yayımlanmışdır.[57][58] Mövsümün 0-cı seriyası olan OVA seriyası 25 aprel 2012-ci ildə ranobenin 10-cu cildi ilə birlikdə DVD-də buraxılmışdır.[15] Animenin 11-ci seriyası olan OVA seriyası isə 20 oktyabr 2012-ci ildə manqa adaptasiyasının 6-cı cildi ilə birlikdə Blu-ray-da buraxılmışdır.[59] Funimation ikinci mövsümü lisenziyalaşdırılmış və öz video portalı vasitəsilə yayımlamışdır.[60] MVM Films isə mövsümü Böyük Britaniya üçün lisenziyalaşdırmışdır.[61]
Birinci mövsümün açılış mahnısı İori Nomizu tərəfindən ifa olunan "Leave-It-To-Me Tonight" (魔・カ・セ・テ Tonight, Ma-Ka-Se-Te Tonight?) mahnısı, bağlanış mahnısı isə Rie Yamaquçi və Manzo tərəfindən ifa olunan "Notice Me, Mr. Zombie, I am your Classmate" (気づいてゾンビさま、私はクラスメイトです, Kizuite Zonbi-sama, Watashi wa Kurasumeito Desu?) mahnısıdır. İkinci mövsümdə açılış mahnısı kimi İori Nomizu tərəfindən ifa olunan "Passionato" (パショナート, Pashonāto?) mahnısı, bağlanış mahnısı kimi Rie Yamaquçi tərəfindən ifa olunan "I'm a Beginner at Love (T_T)" (恋のビギナーなんです(T_T), Koi no Beginā Nan Desu (T_T)?) mahnısı səsləndirilmişdir.
Harunanın uniforması 2012-ci il istehsalı "Lollipop Chainsaw" video oyununda əsas personaj Culiyet Starlinqin uniformalarından biridir.[62][63]
Anime News Network-dan Teron Martin animeni ümüumi hekayədəki bir neçə roman tvistinə görə tərifləmiş, lakin həmişə effektiv olmayan yumoruna və cansız sənətkarlığına görə tənqid etmişdir.[64] DVD Talks-dan Con Sinnot animenin çox əyləncəli olduğunu bildirmiş və izləməyi tövsiyə etmişdir.[65]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.