I Teymuraz (gürc. II თეიმურაზ; 1589[1][2], Tiflis1663[1][2], Qorqan) — Baqrationilər sülaləsindən olan Kaxeti çarı. I Teymuraz hakimiyyətə 16 yaşında gəldiyi üçün Kaxeti çarlığı bir müddət anası Ketevan tərəfindən idarə edilmişdir. I Teymuraz həmçinin şair kimi Gürcü ədəbiyyatında önəmli yerə sahibdir.[3]

Cəld faktlar Şəxsi məlumatlar, Doğum adı ...
I Teymuraz
Thumb
Şəxsi məlumatlar
Doğum adı თეიმურაზ I
Doğum tarixi 1589[1][2]
Doğum yeri
Vəfat tarixi 1663[1][2]
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair
Ailəsi Baqrationi

Thumb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Səfəvi hökmdarı I Abbasın Şərqi Gürcüstan yürüşü səbəbindən I Teymuraz qonşu Kartli hökmdarı ilə birlikdə İmereti çarı II Luarsaba sığındı. 1615-ci ildə I Teymuraz Kaxetiyə geri döndü və Səfəvilərə qarşı üsyana rəhbərlik etməyə başladı. Lakin növbəti il I Abbasın yeni hücumu qarşısında təzədən İmeretiyə sığınmalı oldu.

I Teymuraz və Kartli çarı Georgi Saakadze əvvəl Səfəvilərə qarşı müttəfiq olsalar da, sonradan bu əlaqələr pozuldu. Georgi Saakadze Basaleti döyüşündə I Teymuraz tərəfindən məğlub edildi. Beləliklə, I Teymuraz Kartli-Kaxeti hökümdarı oldu. Həmçinin I Teymuraz I Abbasın vassalı olduğunu qəbu etdi və şah onu hökmdar kimi tanıdı.[4]

I Teymuraz 1632-ci ildə Səfəvilərə qarşı üsyan qaldırdı və Qarabağı qarət etdi.Gürcüstan knyazlarının əksəriyyəti onun bu siyasətini dəstəkləmədilər. Bu vaxt I Abbas vəfatı etdi və hakimiyyətə I Səfi gəldi. I Səfi Teymurazı hakimiyyətdən salaraq onun əvəzinə hakimiyyətə islamı qəbul etmiş Rostomu gətirdi. Teymuraz uzun müddət müqavimət göstərsə də, 1648-ci ildə tamamilə məğlub edildi.

I Teymuraz bir müddət sonra həbs edildi və qısa müddət sonra həbsdə vəfat etdi.

Ədəbi fəaliyyəti

I Teymuraz intibah dövrünün görkəmli şairlərindən idi. Onun agioqrafik janrda yazılmış "Ketevaniani" adlı şeiri məşhurdur. Həmçinin romantik janrda yazılmış şeirləri də vardır. Məsələn, "Leyla və Məcnun", "Yusif və Züleyxa", "Gül və bülbül", "Şam və güvə" kimi şeirləri romatik janra daxildir.[5]

Onun bütün əsərləri 1934-cü ildə Tiflisdə A. Baramidze və Q. Cakobiyanın redaktorluğu altında nəşr edilmişdir.

Ailəsi

I Teymuraz iki dəfə evlənmişdir. O, Quriya knyazı II Mamiya Quriyelinin qızı Anna Quriyeli və Kartli çarı X Georginin qızı Xoroşan Darecanla evlənmişdir.

Anna Quriyelidən olan uşaqları:

  • Levan (1606—1624)
  • Aleksandr (1609—1620)

Xoroşan Darecandan olan uşaqları:

  • David
  • Nestan-Darecan
  • Tinatin

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.