II Karl (İngiltərə kralı)
From Wikipedia, the free encyclopedia
II Karl (ing. Charles II of England) (d. 29 may 1630 – ö. 6 fevral 1685) — İngiltərə, Şotlandiya və İrlandiya kralı. Stüart ailəsinə mənsub olub, I Karlın oğlu olaraq Sent-Ceyms sarayında dünyaya gəldi. Atasının edamından bir neçə gün sonra 5 fevral 1649-cu ildə Şotlandiya parlamenti tərəfindən Şotlandiya kralı elan olundu. Buna baxmayaraq İngiltərə artıq Kromvel tərəfindən respublika olaraq idarə edilirdi və bu səbəblə taxta çıxdıqdan sonra atasının parlamentlə olan mübarizəsini davam etdirdi. 3 sentyabr 1651-ci ildə baş tutan son döyüşdə məğlub olan II Karl Avropaya qaçdı və növbəti 9 ili Fransa və Hollandiyada keçirdi. Şotlandiya isə Kromvelin diktaturası altına keçdi. 1658-ci ildə Kromvelin ölümünün ardından başlayan siyasi qarışıqlıq İngiltərədə monarxiyanın bərpası ilə nəticələndi və II Karl vətənə dəvət olundu. 29 may 1660-cı ildə doğum günündə Londonda möhtəşəm bir mərasimlə İngiltərə taxtına əyləşdi.
II Karl | |
---|---|
ing. Charles II | |
Şotlandiya monarxı[d] | |
29 may 1660 – 6 fevral 1685 | |
Əvvəlki | I Karl |
Sonrakı | II Ceyms |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 may (8 iyun) 1630[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 (16) fevral 1685[1][2][…] (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Atası | I Karl[3][4] |
Anası | Henrietta Mariya[3][4] |
Həyat yoldaşı |
|
|
|
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
II Karlın çağırdığı parlament İngiltərə Anqlikan kilsəsini yenidən bərpa etdi. Yenidən alovlanan İngilis-Alman müharibəsində II Karl dayısı oğlu olan Fransa kralı XIV Lüdoviqlə 1670-ci ildə ittifaq qurdu. Parlamentlə girişdiyi kəskin mübarizədə qalib gəldi və 1681-ci ildə parlament ləğv edilərək mütləq monarxiya bərpa edildi. 1685-ci ildə vəfat etdi və ölüm döşəyində ikən katolik məzhəbinə qəbul edildi.
Portuqaliya kralı IV Conun qızı Ketrinlə evləndi ancaq bu nikahdan doğulan övladları çox yaşamadı. Bununla yanaşı sarayda saxladığı məşuqələrindən dünyaya gələn ən azı 12 övladı var idi. Vəfatının ardından rəsmi varisi olmadığı üçün taxta qardaşı II Ceyms çıxdı.