İnsult
From Wikipedia, the free encyclopedia
İnsult — beyin qan dövranının kəskin pozulmasıdır.
İnsult | |
---|---|
XBT-10 | I60.-I64. |
XBT-9 | 434.91 |
OMIM | 601367 |
DiseasesDB | 2247 |
MedlinePlus | 000726 |
eMedicine | neuro/9 |
MeSH | D020521 |
Vikianbarda əlaqəli mediafayllar |
"Tibb" portalı |
BQDKP-ı 2 yerə ayrılır:
- keçib gedən bqdkp (24 saat ərzində)
- insultlar.
İnsultun iki tipi fərqləndirilir: işemik(80-85%) və hemorragik(15-20%).
İşemik insult — qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. Bütün halların 80%-də işemik insult karotid hövzədə, 20%-də isə vertebrobazilyar hövzədə baş verir.
Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir.