II Ferdinand (Araqon kralı)
From Wikipedia, the free encyclopedia
II Ferdinand (isp. Fernando II de Aragón,[qeyd 1] ing. Ferdinand II of Aragon; 10 mart 1452[1][2][…] – 23 yanvar 1516[1]) — Araqon kralı; 1474–1504 müddətində Kastilyalı İzabella ilə olan evliliyi boyunca Kastiliya və Leon kralı; 1508-ci ildən ölümünə qədər Kastiliya taxtının sahibi olan qızı Yuannanın taxt naibi; 1504-cü ildə Fransayla baş verən müharibənin sonunda 1458-ci ildən bu yana ilk dəfə birləşdirilən Napoli və Siciliya krallığının hakimi; eyni zamanda 1512-ci idən etibarən Navarra kralı.
II Ferdinand | |
---|---|
araq. Ferrando II d'Aragón | |
1504 – 23 yanvar 1516 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 mart 1452[1][2][…] |
Vəfat tarixi | 23 yanvar 1516[1] (63 yaşında) |
Dəfn yeri | |
Sülalə | Trastamar sülaləsi |
Atası | II Con (Araqon kralı)[4] |
Həyat yoldaşları |
|
Uşaqları | |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Xristofor Kolumbun 1492-ci ildə baş tutan ilk səyahətini dəstəkləməsinin ardından II Ferdinand və xanımı Kastilyalı İzabella Yeni dünyanın kəşfi səbəbilə qısa zamanda məşhurlaşdı. Həmin il o, Pireney yarımadasının son İslam dövləti olan Qranada dövləti ilə müharibəyə girişdi və qalib gəldi. Beləliklə, uzun müddət davam edən rekonkista əməliyyatı başa çatdırıldı.[5] Ölüm anında II Ferdinand Portuqaliya xaricindəki bütün ispan dövlətləri üzrə hakimiyyətini nəvəsi V Karlla qızı Kastilyalı Yuannaya əmanət etdi.