III Çarlz
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının monarxı / From Wikipedia, the free encyclopedia
III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbatten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[1][2][…], Vestminster borosu, Böyük London[3]) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis[8].
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Cəld faktlar Böyük Britaniya monarxı[d], Əvvəlki ...
III Çarlz | |
---|---|
ing. Charles III, King of the United Kingdom | |
Böyük Britaniya monarxı[d] | |
Vəzifədədir | |
8 sentyabr 2022-ci ildən | |
Əvvəlki | II Elizabet |
Şəxsi məlumatlar | |
Doğum adı | Prince Charles Philip Arthur George Windsor of Edinburgh |
Doğum tarixi | 14 noyabr 1948(1948-11-14)[1][2][…] (75 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Sülalə | Vindzorlar sülaləsi[4] |
Atası | Filip Mauntbetten[5][6][…] |
Anası | II Elizabet[5][6][…] |
Uşaqları | |
Hərbi xidmət | |
Qoşun növü | Britaniya Ordusu[d], Krallıq donanması |
Rütbəsi | feldmarşal[d] |
|
|
Təltifləri | |
Monoqram | |
royal.uk/the-king | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığı'nda tacqoyma mərasimi oldu.