Birləşmiş Krallığının 12-ci monarxının həyat yoldaşı, kral-konsort From Wikipedia, the free encyclopedia
Filip Mauntbetten və ya şahzadə Filip, Edinburq hersoqu və ya kral-konsort (10 iyun 1921[2][3][…], Kerkira, Yunanıstan Krallığı – 9 aprel 2021[4][5][…], Vindzor sarayı, Cənub-Şərqi İngiltərə[d]) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 12-ci monarxının həyat yoldaşı, kral-konsort.
Filip Mauntbetten | |
---|---|
ing. Philip Mountbatten | |
prezident () | |
1959 – 1960 | |
Şəxsi məlumatlar | |
Doğum adı |
Philip of Greece and Denmark[1] Filipo de Grekio kaj Danio |
Doğum tarixi | 10 iyun 1921[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 aprel 2021[4][5][…] (100 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | qocalıq[d][6] |
Anası | Alisa Battenberq[1][7] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Hərbi xidmət | |
Qoşun növü | Krallıq donanması, Britaniya Ordusu[d] |
Rütbəsi | feldmarşal[d] |
Döyüşlər | |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Filip Mauntbetten qriqorian təqvimi ilə 10 iyun 1921-ci ildə Yunanıstanın Korfu şəhərində anadan olmuşdur,[9] Ancaq o dövrdə Yunanıstan yulian təqvimidən istifadə etdiyinə görə onun doğum şəhadətnaməsində 28 may 1921-ci il qeyd edilib.[10] Kraliça II Elizabetin həyat yoldaşıdır.
Yunanistan və Danimarka Kralı Andrey'in 5-ci övladı və yeganə oğlu, Yunanıstan kralı I Georq'un nəvəsidir. Anadan olandan Yunanistan və Danimarka Şahzadəsi adını daşıyırdı. Baba, Yunanıstanda hökm sürən Danimarka Glucksburg evinə mənsub idi. Ata nənəsi Olga Konstantinovna Romanova, I Nikolayın nəvəsi idi. Philipin anası, Şahzadə Alisa Hessianın Battenberg ailəsindən idi. Filipp Danimarka Kralı IX Christianın, İngiltərə Kraliçası I Viktoriya və Rus İmperatoru I Nikolayın nəticəsi sayılır.
O körpə olarkən ailələri Yunanıstandan çıxarılıb. Almaniya və Şotlandiyada alman yəhudilərinin məktəblərində dərs alıb. 18 yaşında Böyük Britaniya Hərbi Qəniz Qüvvələrində qulluğa gedir və İkinci dünya müharibəsində iştirak edir. Bu zaman onun iki qardaşı Almaniya vətəndaşı kimi əks tərəfdə vuruşurlar.
Müharibədən sonra o, 1939-cu ildə tanış olduğu kral V Georqun qızı və Britaniya taxt-tacının vəliəhdi Elizabet ilə münasibətlərini davam etdirir. Ancaq milli köklərinin və provoslav dininin onun izdivacına mane olacağını görərək anasının Britaniya soyadını götürür. Rütbəsindən də imtina edərək Leytenant Filip Mauntbetten rəsmi ad və titulunu götürür. Eyni zamanda xristian dininin provoslav kilsəsindən anqlikan kilsəsinə keçir.
Həmin il vəliəhd şahzadə Elizabet ilə kəbin kəsdirir. Toydan sonra Elizabetin atası kral V Georq tərəfindən ona Edinburq hersoqu və Kral həzrətləri titulları verilir. 1952-ci ildə Elizabet kraliça elan edildikdən sonra o, hərbi xidmətini dayandırır və kraliçanı müşayiət etməyə başlayır. 1957-ci ildə həyat yoldaşı II Elizabet ona Britaniya şahzadəsi titulu verir. O, kraliça ilə ən çox ömür sürmüş həyat yoldaşı və ən yaşlı monarx əridir.[11]
Philip'in Elizabeth ilə dörd uşağı var idi: Uels şahzadəsi Çarlz, Şahzadə Anna, Şahzadə Endryu və Şahzadə Edward.
Şahzadə Philip, 100 yaşına iki ay qalmış, 9 aprel 2021-ci ildə Windsor qalasında 99 yaşında öldü. Ölümündən sonra Cəbəllütariqdə 40 dəqiqə ərzində hər dəqiqə 41 atəş edildi. Dəfn mərasimi 17 aprel tarixinə təyin edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.