Hüceyrə
From Wikipedia, the free encyclopedia
Hüceyrə – Elmə məlum olan canlı orqanizmlərin (yarı-canlı sayılan viruslar istisna olmaqla) əsas quruluş, funksional və bioloji vahidi.[1] Hüceyrə sərbəst şəkildə bölünə bilən ən kiçik canlı hissədir və buna görə də bir çox halda "həyatın inşaat bloku" adlanır. Hüceyrəni öyrənən elm sahəsinə sitologiya deyilir. Hüceyrə bütün bilinən orqanizmlərin funksional, struktural və bioloji quruluş vahididir. Hüceyrə həyatın ən kiçik vahididir. Buna görə də, hüceyrələr həyatın struktur bloku da adlanır. Hüceyrələri hüceyrə biologiyası elmi öyrənir (digər adı ilə sitologiya). Hüceyrələr sitoplazma və onu əhatələyən hüceyrə membranından təşkil olunmuşdur hansı ki tərkibində zülallar və nuklein turşuları kimi bir çox müxtəlif biomolekullara rast gəlinir.[2]
Hüceyrə 1665-ci ildə Robert Huk tərəfindən kəşf edilmişdi.[3]
Son on ildə elektron mikroskopiyasının, rentgenostruktor analiz, differensial sentrifuqadan keçirmə və başqa müasir tədqiqat üsullarının köməyi ilə bitki hüceyrəsi, hüceyrə orqanoidləri və onların funksional ixtisaslaşdırılması barədəki anlayışlar genişlənmiş və dərinləşmişdir.