From Wikipedia, the free encyclopedia
«Huun-Huur-Tu» (tıva Хүн Хүртү, translit. Khün Khürtü; rus. Хуун-Хуур-Ту; çin. sadə. 恒哈图, pinyin: Hénghātú; azərb. Xün Xürtü) — ənənəvi musiqi ifa edən Tıva musiqi qrupu.
Huun-Huur-Tu | |
---|---|
tıva Хүн Хүртү azərb. Xün Xürtü | |
| |
Əsas məlumatlar | |
Üslub | |
Fəaliyyət illəri | 1992–h.h. |
Ölkə | Rusiya |
Şəhər | Kızıl |
Digər adı | «Kunggurtug» |
Dil | Tıva dili, rus dili |
Heyət |
|
Keçmiş üzvlər |
|
Əlaqəli layihələr |
|
Əməkdaşlıq |
|
www.huunhuurtu.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Musiqi qrupunun ən fərqləndirici xüsusiyyəti Tıva qırtlaq musiqisindən (xoomey) istifadə etməsidir. Musiqi qrupu adətən iqil, demir-xomus (Tıva ağız qopuzu), doşpuluur, tunqur (şaman bubeni) kimi ənənəvi Tıva musiqi alətlərindən istifadə edir.[2] Buna baxmayaraq, qrup son illərdə gitara kimi qərb musiqi alətlərindən daha çox istifadə etməyə başlamışdır. "Huun-Huur-Tu" qrupunun əsas üslubu folk olsa da, bəzən müasir qərb musiqi alətlərindən, eləcə də elektronik musiqidən istifadə edirlər.[3]
Qrup 1992-ci ildə eyniadlı çayın şərəfinə «Kunggurtug» (tıva Куңгуртуг, [ˈkuŋ.ɡur.tuk]; azərb. Kunqurtuk)[4] adı ilə Kayqal-ool Xovalıq, Aleksandr Bapa, Sayan Bapa və Albert Kuvezin tərəfindən yaradılmışdır. Xovalıq xoomey musiqisi ilə 1979-cu ildən bəri yaxından maraqlanırdı.[1] Daha sonra qrupun adı «Huun-Huur-Tu» (azərb. Gün şüaları) olaraq dəyişdirilmişdir. Onların musiqiləri Tıva xalq mahnılarına əsaslanırdı və tez-tez Tıvada atçılığı təsvir edən surətlərdən istifadə edirdilər.
Ansambl ilk musiqi albomunu «60 Horses In My Herd» (azərb. İlxımda 60 at) 1993-cü ildə buraxmışdır. Albomun səsyazma prosesi Londonda və Kaliforniyadakı Mill-Velli şəhərində gerçəkləşmişdir. Qrupun yaradıcılarından biri olan Albert Kuvezin daha sonra «Yat-Kha» musiqi qrupunu təsis etmək üçün qrupu tərk etmişdir.[5] Onun yerinə qrupa əvvəllər Xovalıq və Konqar-ool Ondar ilə işləmiş Anatoli Kuular daxil olmuşdur. 1994-cü ildə buraxılan ikinci musiqi albomları «The Orphan's Lament»in (azərb. Yetimin şikayəti) səsyazma prosesi Nyu-York və Moskva şəhərlərində gerçəkləşmişdir.
İlk iki albomun hazırlanmasında səyi olan Aleksandr Bapa 1995-ci ildə qrupu tərk etmişdir. Onun yerinə qrupa əvvəllər Rusiya dövlət ansamblı olan «Sibir suveniri»ndə (rus. Сибирский сувенир) çalışmış Aleksey Sarıqlar gəlmişdir.[6] 1997-ci ildə buraxılan üçüncü albom «If I'd Been Born An Eagle»ın (ing. Əgər mən bir qartal doğulsaydım) səsyazma prosesi Niderlandda gerçəkləşmişdir.
1999-cu ilin əvvəllərində qrup dördüncü albomunu – «Where Young Grass Grows» (ing. Cavan otun yetişdiyi yer) musiqi albomunu buraxmışdır. Bu albomda ilk dəfə arfa, tabla, Şotlandiya smallpaypı və sintezator kimi qeyri-Tıva (gitara istisna olmaqla) musiqi alətindən istifadə edilmişdir.[7]
Anatoli Kuular 2003-cü ildə qrupu tərk etmiş, onun yerinə isə qrupa əvvəllər Tıva xalq musiqisi üzrə müəllim olmuş Andrey Monquş daxil olmuşdur. Monquş qrupda sadəcə iki il fəaliyyət göstərmişdir.[8] 2005-ci ildə keçmiş «Yat-Kha» üzvü olan Radik Tülüş qrupa daxil olmuşdur.[9]
Qrup təsis ediləndən bəri «Huun-Huur-Tu» Frenk Zappa, Conni Uatson, «Kodō», Moskva İncəsənət Triosu,[10] Kronos-kvartet, «The Chieftains» və «Angelite»[10] müxtəlif janrlarda çıxış edən çoxlu musiqiçi və musiqi qrupu ilə kollaborasiya etmişdir.[4][11][12][13] Qrupun «Eternal» (azərb. Əbədi) mahnısı yeraltı elektronik musiqiçi Karmen Risso ilə birlikdə yazılmışdı.[14] Musiqi qrupu Nyu-York əsaslı blüz qrupu olan «Hazmat Modine»nin debüt albomu – «Bahamut»un üç mahnısında əməkdaşlıq etmişdi.[15]
«Huun-Huur-Tu» demək olar ki, dünyanın ən məşhur Tıva musiqi qrupudur. Artemi Troitski müəllifi olduğu kitabda «Huun-Huur-Tu» musiqi qrupunu və Dmitri Pokrovski ansamblını “Rusiyadakı folk musiqinin yeganə iki gerçək ulduzu” adlandırmışdır.[16] «Oqonyok» jurnalı qrupu “dünyanın ən məşhur Rusiya musiqi qrupu” hesab etmişdir.[17] «Muzıkalnaya jizn» jurnalı qrupun üzvlərinin “etnomarafonun təkzibedilməz rəhbərləri” olduğunu yazmışdır.[18]
«Huun-Huur-Tu» musiqi qrupunun üzvü olan Radik Tülüş qrupun yazdığı «Osku Urug» mahnısı ilə ABŞ teleserialı olan "Farqo"nun üçüncü mövsümünün «Vakant Yerlərin qanunu» epizodunda rol almışdır.[19][20][21]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.