From Wikipedia, the free encyclopedia
Holosen – geoloji epoxalardan biridir. Pleystosendən sonra gəlir və təxminən 11.7 min il əvvəldən bu günə qədər olan dövrü əhatə edir[1]. "Resent" (adətən böyük hərflə) termini tez-tez "Holosen" terminin dəqiq sinonimi kimi istifadə olunurdu, baxmayaraq ki, bu cür istifadə 21-ci əsrdə işlənmir[2]. Holosen Dördüncü dövrün bir hissəsidir. Onun adı yunan dilindəki ὅλος (holos, tam və ya bütöv) və καινός (kainos, yeni) sözlərindən götürülüb, mənası "ən yeni" deməkdir[3]. O hazırkı mülayim dövr ilə müəyyən olunmuşdur (Dəniz İzotopları mərhələsi kimi tanınır).
Holosen həmçinin insanın artımını və Yerdəki növlərə təsirini, o cümlədən əsas sivilizasiyaların inkişaf tarixini əhatə edir.
Beynəxalq Stratiqrafia Komissiyası tərəfindən Holosenin təxminən 11.7 min il əvvəl başladığı qəbul olunmuşdur. O Pleystosen və gec buzlaşma dövründən (gec buzlaşma dövrünə Şimali Amerikada Viskosinan[4], Avropada Veiçselia[5], Böyük Britaniyada Devensia[6], Çilidə Llanuihue[7] və Yeni Zellandiyada Otria[8] daxil edilir) sonra gəlir[1].
Holosen əsas iqlim dəyişgənliyinə əsasən beş vaxt interalına və ya xronozonaya bölünür[9]:
• Preboreal (10 ka–9 ka)
• Boreal (9 ka–8 ka)
• Atlantik (8 ka–5 ka)
• Subboreal (5 ka–2.5 ka)
• Subatlantik (2.5 ka–indiyə qədər)
~ Qeyd: "ka" mənası "min il"-dir.
Dördüncü dövrün bölgüləri | |||
---|---|---|---|
Sistem/
Dövr |
Şöbə/
Epoxa |
Mərtəbə/
Yaş |
Yaş
(Milyon illə) |
Dördüncü | Holosen | 0.0117–0 | |
Pleystosen | Üst | 0.126–0.0117 | |
Orta | 0.781–0.126 | ||
Kalabriya | 1.80–0.781 | ||
Gelas | 2.58–1.80 | ||
Neogen | Pliosen | Piasenziya | daha qədim |
Dördüncü dövrün bu bölgüləri Beynəxalq
Stratiqafiya Komissiyası tərəfindən 2016-cı ilin aprel ayında qəbul olunmuşdur[1] |
Holosen çöküntüləri bötöv örtük şəklində Kür-Araz və Samur-Dəvəçi ovalıqlarını örtür və Azərbaycanın başqa regionlarında da geniş yayılmışdır. Onlar Üst Xvalın, Yeni Xəzər və Müasir çöküntülərə bölünür.
• Üst Xvalın horizontu. Bu horizontun çöküntüləri dəniz və kontinental fasiyada rast gəlinir. Dəniz çöküntüləri əsasən Xəzərin sahilyanı zonasında və Kür depressiyasında yayılmışdır. Kür depressiyasının şərq hissəində və Pirsaat, Bəndovan, Hamadağ, Qaraçala, Mişovdağ, Xıdırlı, Babazənən və Kçik Hərami antiklinal qalxımında geniş sahələri tutur.
• Yeni Xəzər horizontu. Bu horizontun dəniz çöküntüləri Xəzərin ensiz sahil zolağında, Kür depressiyasında isə daha geniş sahədə – qərbdə Şirvan, cənub-qərbdə isə Biləsuvar rayonuna qədər yayılmışdır.
• Müasir dəniz çöküntüləri. Xəzərin dibini demək olar ki, tamamilə örtür və sahil boyu ensiz (100-500 m) haşiyə təşkil edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.