bitki cinsi From Wikipedia, the free encyclopedia
Hil (lat. Amomum) — bitkilər aləminin zəncəfilçiçəklilər dəstəsinin zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.
Hil | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Commelinids Dəstə: Fəsilə: Yarımfəsilə: Alpinioideae Triba: Alpinieae Cins: Hil |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Hindistandır. Ancaq Hindistanla yanaşı, Şri-Lankada, Çində, Afrikada və Amerikada da becərilir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur.
Hilin gövdəsinin uzunluğu 4-5 metr, meyvəsinin uzunluğu isə 1-4 santimetrdir. Qabığının rəngi sarımtıl yaşıl, toxumunun rəngi qırmızımtıl-qəhvəyidir. İyi kəskin, dadı yandırıcıdır. Qurudulmuş meyvənin 20-53 %-ni qabığı, 47-80 %-ni toxumu təşkil edir. Hilin toxumları qabığından ayrıldıqdan sonra ətrini tez itirdiyi üçün qabığı ilə bir yerdə yığılır. Hilin toxumunda olan efir yağlarının əsasını alfa terpineol, delta limonen, sineol, terpenilasetat təşkil edir. Hil meyvəsinin qabığında efir yağı az (təqribən 0,1-0,7 %), sellüloza isə çoxdur (təqribən 28-31 %). Üyüdülmüş toxumundan həm yeyinti sənayesində, həm də tibbdə geniş istifadə olunur. Hil həm də zəfəran və vanildən sonra üçüncü ən qiymətli ədviyyatdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.