From Wikipedia, the free encyclopedia
Hie məbədi (日枝神社, Hie-cinca?) – Yaponiyanın Tokio şəhərinin Çiyoda rayonunda yerləşən şintoist məbədi. Məbəd kami Oyamakuiyə həsr olunmuşdur.
1457-ci ildə Edo qəsrini tikdirən Ota Dokan Kavaqoe şəhərinin yaxınlığında yerləşən və Oyamakuiyə həsr olunan məbədin Edo qəsrinin yanına köçürülməsini əmr etmişdir.[1] Daha sonra məbəd qəsrin xarici hissəsinə köçürülmüşdür.[1]
Tokuqava şoqunları Hie məbədinə böyük diqqət ayırmışdırlar.[1] Belə ki, Tokuqava şoqunluğu məbədi Edo şəhərinin qoruyucusu hesab etmişdir.[1] Bundan əlavə, məbəd şəhərin ən məşğul bölgəsində yerləşdiyi üçün Edo şəhərinin ən populyar məbədlərindən birinə çevrilmişdir.[1]
1868-ci ildə şintoizmlə buddizmin rəsmi olaraq ayrılmasına qədər məbəd Sanno Qonqen (山王権現?) adı ilə də tanınmışdır.[1]
Hər ilin 10–16 iyun tarixlərində məbəddə Sanno festivalı baş tutur.[1] Bu festival Kanda məbədinin festivalı ilə birlikdə Tokio şəhərinin iki əsas məbəd festivalından biridir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.