From Wikipedia, the free encyclopedia
Hideyo Noquçi (野口 英世, Noquçi Hideyo?, 9 noyabr 1876, İnavaşiro[d] – 21 may 1928, Akkra) və ya doğum adı ilə Seysaku Noquçi (野口 清作, Noquçi Seysaku?) – Yaponiya bakterioloqu. O, sifilis xəstəliyinin törədicisi olan Treponema pallidum bakteriyasını kəşf etməsinə görə tanınır.[1]
Hideyo Noquçi | |
---|---|
yap. 野口 英世 | |
Doğum adı | Seysaku Noquçi |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | Sarı qızdırma |
Elm sahələri | mikrobiologiya, tibb |
İş yerləri | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Seysaku Noquçi 9 noyabr 1876-cı ildə Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində doğulmuşdur.[1] 1878-ci ildə evdəki ocağa düşərək sol əlini yandırmışdır.[1] 1892-ci ildə Kanae Vatanabe əlini əməliyyat etdirmiş və Noquçi baş barmağını yenidən hərəkət etdirə bilmişdir.[1] Bu hadisədən sonra tibb sahəsinə maraq göstərməyə başlamışdır.[1] 1896-cı ildə tibb təhsili almaq üçün Tokioya yola düşmüş və 1897-ci ildə milli imtahanı keçərək həkim olmuşdur.[1] 1898-ci ildə Şibasaburo Kitasatonun başçılıq etdiyi Yoluxucu Xəstəliklər İnstututuna daxil olaraq bakterioloq olmağa qərar vermişdir.[1] Bu dövrdə adını Seysakudan Hideyoya dəyişmişdir. O, Çinə gedərək taunla mübarizə aparmışdır.[1]
Noquçi 1900-cü ildə Simon Fleksnerin dəvəti ilə ABŞ-yə getmiş və Pensilvaniya Universitetində işləmişdir.[1] Burada ilan zəhərini öyrənmişdir.[1] 1903-cü ildə Milli Serum İnstitutunda işləmək üçün Danimarkaya getmişdir.[1] 1904-cü ildə Nyu-Yorkda yerləşən Tibbi Tədqiqat üzrə Rokfeller İnstitutunda işləməyə başlamışdır.[1]
1915-ci ildə Yaponiyaya qayıtsa, 1918-ci ildə sarı qızdırma xəstəliyini öyrənmək üçün Cənubi Amerikaya getmiş, Peru, Braziliya, Salvador, Ekvadorda olmuş və vaksin hazırlamışdır.[1] 1927-ci ildə sarı qızdırma xəstəliyinin səbəbini aşkar etmək üçün müasir Qananın ərazisində yerləşən Akkra şəhərinə getmişdir.[1] O, Nyu-Yorka qayıtmağı planlaşdırsa da, sarı qızdırmaya yoluxmuş və 21 may 1928-ci ildə Akkrada ölmüşdür.[1]
Noquçi 1913-cü ildə ABŞ-də sifilis xəstəliyinin törədicisini kəşf etmişdir.[1] Bu kəşfinə görə 1914 və 1915-ci illərdə Tibb üzrə Nobel mükafatına namizəd göstərilmişdir.[1] O, poliomielit, Oroya qızdırması və traxoma xəstəliklərini də tədqiq etmişdir.[2]
1939-cu ildə Noquçinin doğulduğu yerdə Hideyo Noquçi Memorial Muzeyi açılmışdır.[3] Noquçinin Ekvadorda çəkdirdiyi fotosu 1000 yenlik əsginasda öz əksini tapmışdır.[1] Google 9 noyabr 2011-ci ildə onun 135 illiyi münasibətilə dudl yayımlamışdır.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.