From Wikipedia, the free encyclopedia
Harri Potter və Ölüm Hədiyyələri: 2-ci Hissə (ing. Harry Potter and the Deathly Hallows: Part II) — ingilis yazıçı Coan Roulinqin eyniadlı romanı əsasında çəkilmiş Harri Potter filmlər seriyasında səkkizinci filmi və eyni zamanda həmin kitabın ekranlaşdırılmasının ikinci hissəsidir. Seriyanın üç əvvəlki filmlərin çəkilişlərinə qatılan rejissor Devid Yets və prodüser Devid Heyman bu kinolentin yaradılmasında da iştirak ediblər.
Bu məqalə Harri Potter və Ölüm Hədiyyələri filmi haqqındadır. Eyniadlı roman haqqında məqalə üçün Harri Potter və Ölüm Hədiyyələri (roman) səhifəsinə baxın. |
Harri Potter və Ölüm Hədiyyələri: 2-ci Hissə | |
---|---|
ing. Harry Potter and the Deathly Hallows: Part II | |
Janr |
fentezi Dram Döyüş |
Rejissor | Devid Yets |
Prodüserlər |
Devid Heyman Devid Barron Coan Roulinq |
Əsərin müəllifi | Coan Roulinq |
Ssenari müəllifi | Stiv Klouz |
Baş rollarda |
Deniel Redkliff Rupert Qrint Emma Uotson |
Bəstəkar | Alexandre Desplat |
İstehsalçı | Warner Bros. Pictures |
Distribütor | InterCom[d], Netflix |
İlk baxış tarixi | 15 iyul 2011, 13 iyul 2011[1] |
Müddət | 130 dq. |
Büdcə | $250 Milyon |
Gəlir | $1.345 Milyard |
Ölkələr |
ABŞ |
Dil | İngilis |
İl | 2011 |
Əvvəlki film | Harri Potter və Ölüm Hədiyyələri. I hissə |
Rəng | rəngli |
Çəkiliş yeri | London |
IMDb | ID1201607 |
Vikianbarda əlaqəli mediafayllar |
Harri Potter filmlər silsiləsində yeddinci və səkkizinci filmlərin kassa yığımı 1,3 milyard dolları ötəndən sonra, həmin film kinematoqrafiya tarixində ən çox gəlir gətirən filmlərin siyahısında səkkizinci yer tutub, və 2011-ci ilin ən gəlirli filmi hesab olunmuşdur[2].
Dobbini dəfn edəndən sonra, Harri Potter Qriphuk adında olan qoblindən Qrinqots bankında yerləşən və Bellatrisa Lestreyncə məxsus olan seyfi qarət edilməsində ona və dostlarına kömək göstərilməsini xahiş edir. Qriphuk razılaşır, amma əvəzinə vaxtilə Qodrik Qriffindora məxsus olan qılıncını tələb edir. Ollivander Malfoyların malikanəndən götürülmüş iki ədəd sehrli çubuğların Bellatrisa və Drakoya məxsus olduğunu, həmçinin Drakonun çubuğunun ona yox, Harriyə sadiq olmasını Potterə açıqlayır.
Bellatrisanın seyfində olarkən, Harri, Ron və Hermiona nəvaxtsa Helqa Puffenduya məxsus olan kubokunun əslində hortkuluq olduğunu aşkar edirlər. Harri kuboku götürən zaman Qriphuk qılıncı öz əlinə keçirir, trionu mühafizə dəstəsi ilə üz-üzə qoyub, onları tərk edir. Dostlar zirzəmidə olan keşikçi əjdahanı azad edir, onun kürəyinə minib, qaçırlar. Harri öz qarabasmadan Qriphuk və digər qoblinlərin Lord Voldemort tərəfindən öldürülməsini və Voldemortun hortkuluqun oğurluğundan xəbərdar olduğunu öyrənir. Bundan əlavə, Harri dərk edir ki, Rovena Ravenkloya aid olan hortkuluq Hoqvartsda da olmalıdır. Dostlar tranqressiya köməyi ilə Hoqsmidə köçür və orada Aberfort Dambldor öz mərhum bacısının rasmini Nevil Lonqbottomu öz yeməkxanasına gətirməyi başa salır. Nevil onları gizli dəhliz vasitəsi ilə Hoqvartsa yöləndirir.
Severus Sneyp Harrinin qayıtmasından xəbər tutaraq ona yardım göstərmək istəyən məktəbin heyətini və tələbələri cəzalandıracağını deyir. Harri Sneypə qarşı durur, amma Minerva MakQonaqal onu duelə çağırandan sonra Sneyp Hoqvartsı tərk edir. MakQonaqall qarşıdagələn döyüşə hazırlaşmaq üçün Hoqvartsın ictimaiyyətini bir yerə toplayır. Luna Lavqudun təkidi ilə, Harri Helena Ravenklonun kabusu ilə danışır. Kabusun dediyinə görə, Lord Voldemort onun anasına məxsus olan və hal-hazırda Tələb Otağında yerləşən çutqabağının üzərində cadukarlıq edib.
Eyni zamanda Hermiona Sirlər Otağında olarkən hortkuluqu Vasiliskin köpək dişinin köməyi ilə məhv edir. Tələb Otağında isə Drako, Blez Zabini və Qreqori Qoyl Harriyə hücum edir, amma Hermiona və Ron onun köməyinə gəlirlər. Qoyl cəhənnəm alovu adında tilsimi yollayır, amma ona nəzarət edə bilmədiyinə görə alov onu diri-diri yandırır. Harri və onun dostları Malfoyu və Zabinini xilas edirlər. Harri Vasiliskin köpək dişi vasitəsi ilə çutqabağını deşir, və sonra Ron onu cəhənnəm alovun içində olan Tələb Otağına atır. Voldemortun ordusu hücüm etdikcə onun düşüncələrini görən Harri başa düşür ki, Voldemortun ilanı, Nagini – axırıncı hortkuluqdur. Anbara daxil olarkən, dostlar ecazkar sehrbazın böyük sehrli çubuğunun Sneypin ölümünə qədər ona qulluq etməyini mümkun olmadığını dediyini şahidi olurlar. Daha sonra Voldemort Naginiyə Sneypi öldürmək əmr edir. Ölməmişdən əvvəl, Sneyp Harriyə öz xatirələrini ötürür, və onları Xatirə girdabına aparılmasını tapşırır. Hoqvartsa döyüş davam etdikçə Fred, Lüpin və Tonks həlak olurlar.
Harri Sneypin xatirələrindən öyrənir ki, Sneyp Harrinin mərhum atası və onu nəvaxtsa təhqir edən Ceymsə nifrət edərkən, eyni zamanda onun mərhum anası, Lilini sevib. Lilinin ölümündən sonra Sneyp ona olan məhəbbət xətrinə Dambldor ilə Harrini Lord Voldemortdan qorumaq üçün gizlin çalışıb. Harri həmçinin açıqlayır ki, Dambldor ölüm astasında olaraq Sneypdən onu öldürməyini xahiş elədi və meşədə gördüyü maral Patronus Sneyp tərəfindən yaradılmışdır. Bundan əlavə, Lord Voldemort baş qəhrəmanı öldürə biməyəndə o, özü də hortkuluqa çevrilib, və onun içində yerləşən Voldemortun ruhunun bir hissəsini məhv etmək üçün Harri özü də ölməlidir. Harri Qadağan olunmuş meşəyə gedib orada özünü təslim edir. Burada Voldemort ona Avada Kedavra lənəti yollayır. Nəticədə Harri limboya düşür və burada Dambldorun ruhuna rast gəlir. O, Harrinin daxilində olan Voldemortun hissəsi Voldemortun öz tilsimi vasitəsi ilə öldürüldüyünü izah edir. Daha sonra Harri birdəfəlik Voldemortu məğlub etməyə qərarını alarkən öz bədəninə qayıdır.
Voldemort Hoqvartsa olanlara Harrinin vəfat etdiyini elan edərək, hamıdan təslim olmağını tələb edir. Nevil ona ötkən cavab verdikcə, Harri hamıya sağ qaldığını göstərir. Nevil Seçici şlyapadan Qodrik Qriffindorun qılıncını çıxarır, və eyni zamanda Harri Voldemort ilə üz-üzə gəlir, Molli Uizli Böyük zalda olarkən Belatrissa Lestreynci oldürür, Nevil isə Nagininin başını kəsərkən Voldemortu əbədiliyindən məhrum edir. Harri və Voldemortun arasında baş verən döyüş Voldemortun öz tilsimi Harridən sıçrayaraq onu özünü məhv edilməsi ilə bitir. Döyüşdən sonra Harri Rona və Hermionanı başa salır ki, Böyük sehrli çubuq Drakonu yox, Harrini öz gerçək sahibi kimi tanıyıb, amma mənimsəmək əvəzinə, Harri onu sındırır və atır.
On doqquz il sonra Harri, Cinni, Ron, Drako və Hermiona onların öz övladlarının Kinqs Kross stansiyasından Hoqvatsa yola düşməsini qürurla izləyir.
Hoqvarts Sehrbazlıq və Cadugərlik Məktəbin orijinal versiyasının tikilməsi üçün 40 nəfər işçi və təxminən 7 ay vaxt lazım oldu. İl ərzində məktəbin maketi süjetin inkişafından asılı olaraq dəyişilirdi. Məktəbin hər bir transformasiyası 3–4 ay ərzində baş tutmuş, işdə isə ən azı 20 nəfər iştirak etmişdir. Hoqvartsın mərmər pilləkənlər üçün 250 rəsm əsəri yaradılmışdır, onların arasında filmin prodüserləri, Devid Heyman və Devid Barronu təsvir edən rəsmlər də var[3].
Əvvəlki filmlərdə Vinsent Krebb rolunu ifa etmiş aktyor Ceymi Ueylett öz evində çətənə becərilməsində şübhəli bilinərək həbs olunub[4], və bu səbəbə görə səkkizinci filmin çəkilişinə qatıla bilmədi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.