Harri Potter və Alov Qədəhi (film)
From Wikipedia, the free encyclopedia
Herri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — 2005-ci ildə Mayk Nyuelin rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ və Böyük Britaniya fentezi filmidir.[2] Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından dördüncü film olan “Alov Qədəhi”nin ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Devid Heyman etmişdir. Filmdə Harri Potterin Hoqvartsda dördüncü tədris ili, Alov Qədəhi tərəfindən seçilərək "Üç Sehrbaz turniri"ndə iştirakı və daha sonra baş verən hadisələr təsvir olunur.
Harri Potter 4 Alov Qədəhi | |
---|---|
ing. Harry Potter and the Chamber of Secrets | |
![]() | |
Janr |
fentezi macəra dram |
Rejissor | Mayk Nyuel |
Prodüser | Devid Heyman |
Əsərin müəllifləri | Coan Roulinqin Harri Potter və Alov Qədəhi romanı əsasında |
Ssenari müəllifi | Stiven Klovs |
Baş rollarda |
Deniel Redkliff Rupert Qrint Emma Uotson Miranda Riçardson Ralf Fayns Qari Oldmen Alan Rikman Robert Pettinson |
Operator | Rocer Pratt |
Bəstəkarlar |
Patrik Doyl (Harri Potter mövzusu Con Vilyams tərəfindən bəstələnib) |
İstehsalçılar |
Heyday Films Patalex IV Productions Distribütor: Warner Bros. |
Distribütor | Warner Bros., Netflix |
İlk baxış tarixi |
6 noyabr 2005 (Odeon Leyçester meydanı) 18 noyabr 2005 (BK və ABŞ) |
Müddət | 157 dəq.[1] |
Büdcə | $150 milyon [2] |
Gəlir | $896.9 milyon[2] |
Ölkələr |
![]() ![]() |
Dil | İngilis |
İl | 2006 |
Əvvəlki film | Harri Potter və Azkaban məhbusu |
Sonrakı film | Harri Potter 5və Simurq Ordeni |
Rəng | rəngli |
IMDb | ID0330373 |
![]() |
"Alov Qədəhi", Harri Potter filmlər seriyasından olan ilk filmdir ki, ABŞ-də PG-13, Birləşmiş Krallıqda isə 12A yaş məhdudiyyət sertifikatı almışdır. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Robbi Koltreyn, Maykl Qembon, Ralf Fayns, Alan Rikman və Robert Pettinson kimi ulduz aktyorlar da rol almışlar. “Harri Potter və Azkaban Məhbusu” filminin sikveli olan filmdəki hadisələr “Harri Potter və Simurq Ordeni” filmində davam etdirilir.
Filmin çəkilişlərinə 2004-cü ildə başlanılmışdır. Hoqvarts səhnələri Leavesden Film Studiolarında çəkilmişdir. Çıxarılmasından beş gün sonra filmin Şimali Amerika gəlirləri $102 milyonu keçmiş, bu nəticə ilə “Alov Qədəhi” “Ölüm Hədiyyələri. I hissə” və “II hissə”dən sonra, Harri Potter filmləri arasında ilk həftəsonu gəlirlərinə görə üçüncü yerdə qərarlaşmışdır. Uğurlu kassa nəticələri göstərən “Alov Qədəhi” ümumilikdə $896 milyon gəlirlə 2005-ci ilin ən böyük gəlirli filmi, həmçinin həmin dövr üçün bütün zamanların səkkizinci ən böyük gəlirli filmi olmuşdur. 2017-ci il aprel ayının nəticələrinə görə “Alov Qədəhi” bütün zamanların ən böyük gəlirli filmləri sırasında 44-cü, Harri Potter filmləri arasında isə altıncı yeri tutmuşdur.
Film, Quruluşçu rejissor işinə görə Oskar mükafatına nominant göstərilmiş, həmin nominasiyada BAFTA mükafatını qazanmışdır. “Alov Qədəhi” Harri Potter filmlər seriyasına aid olan filmlər arasında IMAX formatda çıxarılmış ikinci filmdir. Həmçinin Harri Potter filmlər seriyasına aid olan filmlər tənqidçilər tərəfindən ən yaxşı qəbul edilmiş filmlərdən biri olan “Alov Qədəhi” aktyor oyunu, ssenari, mövzuların işlənməsi və təqdimatına görə təriflənmişdir.[3]