![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fe/Alan_Rickman_after_Seminar_%25283%2529.jpg/640px-Alan_Rickman_after_Seminar_%25283%2529.jpg&w=640&q=50)
Alan Rikman
İngilis kino, televiziya və teatr aktyoru / From Wikipedia, the free encyclopedia
Alan Sidni Patrik Rikman (ing. Alan Sidney Patrick Rickman, 21 fevral 1946[5][6][…] – 14 yanvar 2016[7][8][…], London[9]) - teatr tamaşaları və filmlərdə daha çox antoqonist xüsusiyyətli obrazları ilə yadda qalmış ingilis aktyor olmuşdur. Rikman klassik və modern teatr tamaşaları təqdim edən Kral Şekspir kompaniyasının üzvü olmuşdur. Televiziyada ilk dəfə 1982-ci ildə görünsə də, Kristofer Hemptonun "Təhlükəli əlaqələr" pyesinin 1985-ci il teleadaptasiyasında canlandırdığı Vikomt de Valmont obrazı ilə məşhurlaşmış və bu roluna görə Toni mükafatına namizəd göstərilmişdir. Rikman "Məğlubedilməz" filmində yaratdığı Hans Qruber və "Harri Potter" filmlər seriyasında yaratdığı Severus Sneyp obrazları ilə daha çox diqqət çəkmişdir.
Alan Rikman | |
---|---|
ing. Alan Rickman | |
![]() Alan Rikman 2011-ci ilin noyabrında Con Qolden Teatrında seminardan sonra | |
Doğum adı | Alan Sidni Patrik Rikman |
Doğum tarixi | |
Doğum yeri | London, Birləşmiş Krallıq[1] |
Vəfat tarixi | [2][3] (69 yaşında) |
Vəfat yeri | London, Birləşmiş Krallıq |
Vəfat səbəbi | Xərçəng xəstəliyi |
Milliyyəti | ingilis |
Vətəndaşlığı |
![]() |
Həyat yoldaşı | Rima Horton (2012-2016) |
Fəaliyyəti | aktyor, rejissor, film prodüseri, ssenari müəllifi |
Fəaliyyət illəri | 1978-2016 |
Təhsili | |
İstiqamət | dram, fantaziya, macəra, komediya |
Tanınma səbəbi | Severus Sneyp |
Mükafatları |
"Qızıl Qlobus Mükafatı" (1997) "Emmi mükafatı" (1996) BAFTA (1992) |
IMDb | ID0000614 |
alanrickman.com | |
![]() |
Rikman "Robin Hud:Oğrular şahzadəsi" filmində Notingem şerifi, "Həqiqətən, dəlicəsinə, dərindən" filmində Ceymi, Enq Linin "Ağıl və hiss" filmində Kolonel Brendon, "Gerçək sevgi" filmində Harri, "Dəhşətli böyük macəra" filmində P.L. O'Hara, "Qalaktika axtarışında" filmində Aleksandr Deyn, Stiven Sondhaymın myuziklı əsasında çəkilmiş "Suini Todd:Flit-stritdən olan şeytan bərbər" filmində Hakim Turpin obrazlarını yaratmışdır.
1995-ci ildə "Rasputin" filmində yaratdığı Rasputin obrazına görə Qızıl Qlobus, Emmi və Ekran Aktyorları Gildiyasının mükafatına layiq görülmüşdür. "Robin Hud" filmindəki roluna görə, Rikman Britaniya Akademiya Film mükafatını qazanmışdır.
Aktyor Tom Byörkun xaç atasıdır.[10] Rikman 14 yanvar 2016-cı ildə 69 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.[11]