![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ad/Hans_geiger.jpg/640px-Hans_geiger.jpg&w=640&q=50)
Hans Geyger
From Wikipedia, the free encyclopedia
Hans Vilhelm Geyger (30 sentyabr 1882[1][2][…], Noyştadt-an-der-Vaynştrase[d][3] – 24 sentyabr 1945[1][4][…], Potsdam, İşğal Almaniyası[3]) — alman fiziki, Berlin Elmlər Akademiyasının üzvü. Erlangen, Münhen və Mançester universitetlərində təhsil almışdır. Ernest Rezerfordun şagirdi olub.
Cəld faktlar Doğum adı, Doğum tarixi ...
Hans Geyger | |
---|---|
alm. Hans Geiger | |
![]() | |
Doğum adı | Johannes Wilhelm Geiger |
Doğum tarixi | 30 sentyabr 1882(1882-09-30)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 sentyabr 1945(1945-09-24)[1][4][…] (62 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Elm sahəsi | fizika |
Elmi dərəcələri | |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbərləri | Ernest Rezerford |
Üzvlüyü | |
![]() |
Bağla
1908-ci ildə elektronun yükünü ölçmüş və Rezerfordla birlikdə ayrı-ayrı yüklü zərrəcikləri qeyd edən cihaz ixtira etmişdir. 1909–10-cu illərdə Rezerfordun rəhbərliyi ilə metal folqada alfa-zərrəciklərin səpilməsini tədqiq etmiş və onların bir hissəsinin 90° bucaqdan artıq meyilini təyin etmişdir. Bu fakt Rezerfordun atom nüvəsini kəşf etməsində mühüm rol oynamışdır.