From Wikipedia, the free encyclopedia
Hamarxəzli susamuru (lat. Lutrogale perspicillata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin lutrogale cinsinə aid heyvan növü. Adından da görümdüyü kimi bu növə daxil olan canlıların xəzləri digər samurlara nisbətdə daha hamar olur.
Hamarxəzli susamuru | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Sinifüstü: Klad: Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Arctoidea Fəsiləüstü: Musteloidea Fəsilə: Yarımfəsilə: Cins: Lutrogale Növ: Hamarxəzli susamuru |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bu növə Hindistanın şərq ərazilərindən tutmuş Cənub-Şərqi Asiyayada, İraqın bəzi ərazilərində rastlanılır. Əsasən iri meşə çayları ətrafında, bataqlıqlarda yayılırlar. Bununla belə yaxşı yaşayış yeri tapmaq üçün quruda uzun məsafələri belə qət edə bilirlər.
Yuvalarını yeraltı dəliklərdə və ya qayalıqların arasında qururlar. Bəzən isə qunduzlar kimi yuva hazırlayırlar.
Həssas növlər siyahısına daxildir. Arealı və saylarında azalma müşahidə edilir. Buna səbəb su-bataqlıq ərazilərinin azalması, brakonyerlik və suların pestisidlərlə zəhərləndirilməsidir.
7-11 kq arası çəkiyə, 1.3 m uzunluğa sahib olur. Digər susamurları kimi hamarxəzli susamurunun da barmaqları arasında pərdə var. Tükləri qısa olduğundan xəzi daha hamardır. Xəzinin rəngi açıqdan tutmuş tünd qəhvəyi tonlar arasında dəyişir.
Qida rasionuna həşəratlar, qurdlar, xərçəngkimilər, qurbağalar, gəmiriçilər, quşlar daxildir. Ancaq onlar daha çox sürünənlər və balıqları daha üstün tuturlar. Balıqlar onların qida rasionunun 75-dən 100 % qədərini təşkil edir.
Monoqam çütlüklər əmələ gətirirlər. Bu növdə çütləşmənin dəqiq vaxtı bilinməsə də, mussonların təsirinə məruz qalan ərazilərdə çütləşmə avqustan dekabra qədər davam edir. Boğazlıq dövrü 61-65 gün davam edir. Ortalama 2-5 arası bala doğurlar. Yeni doğulan balalar kor və köməksiz olurlar. Artıq 30 günlüyündə gözləri açılır, 60 günlüyündə isə artıq üzməyi bacarırlar. Cinsi yetkinliyə 2 yaşında çatlırlar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.