Dələlər
From Wikipedia, the free encyclopedia
Dələlər və ya sovsarlar (lat. Mustelidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi. Xırda və orta böyüklükdə olur. Xəzi sıx, tüklü və ya hamar olub, rəngi müxtəlifdir. Quyruğu uzun və tüklüdür. Suda yaşayan dələkimilərin barmaqları arasında dəri büküşlər (pərdə) var. Xüsusi anal vəziləri kəskin qoxulu sekret ifraz edir. Dələkimilərdən dələlər, gəlincik, safsar, əsasən, məməlilər və quşlarla qidalanan yırtıcılardır. Avstraliya və Antarktikadan başqa bütün materiklərdə yaşayır. 28 yaxud 30 cinsi birləşdirən 5 yarımfəsiləsi var. Əsasən, yerdə yaşayan meşə heyvanlarıdır, bəziləri ağaca cəld dırmaşır, digərləri isə torpağı yaxşı qazır (məsələn, porsuq), bir çox cinsləri suda yaşayır (dəniz samuru, susamuru, efidra). Balıq, molyusk və bitkilərlə qidalanır. Təqribən bütün dələkimilərin, xüsusilə samur və efidranın xəzi qiymətli olduğu üçün onların ov əhəmiyyəti böyükdür.
Dələlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Sinifüstü: Klad: Klad: Amniota Sinif: Klad: Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Arctoidea Fəsiləüstü: Musteloidea Fəsilə: Dələlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
İstinadlar
Həmçinin bax
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.