Həsən ibn Əli
2-ci imam və xəlifə / From Wikipedia, the free encyclopedia
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ; 1 mart 625, Mədinə, Hicaz[1] – 669[2][3][…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə.
Həsən ibn Əli | |
---|---|
ərəb. أَبُو مُحَمَّدٍ الْحَسَنُ بْنُ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ الْهَاشِمِيُّ الْقُرَشِيُّ | |
28 yanvar/29 yanvar 661 – İyul 661 | |
Əvvəlki | Həzrəti Əli |
Sonrakı | I Muaviyə (İlk Əməvi xəlifəsi olaraq) |
28 yanvar 661 – 5 mart 679 | |
Əvvəlki | Həzrəti Əli |
Sonrakı | Hüseyn ibn Əli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 mart 625(0625-03-01) |
Doğum yeri | |
Vəfat tarixi | 669[2][3][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | zəhər[d] |
Dəfn yeri | |
Fəaliyyəti | dövlət xadimi, hərbi lider[d], Xəlifə |
Atası | Əli |
Anası | Fatimə |
Uşaqları | |
Dini | On iki imam şiəliyi[4] |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür.[5] Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur. Bu, həm öz zamanında ittihad səbəbi olmuş və həm də başda Şiələr olmaqla Müsəlmanların tarixi boyu dini-əxlaqi təlimləri hökmündə olmuş və hakimiyyət, müharibə və sülh kimi əsaslı anlayışların münasibətində dramatik təsirləri öz bərabərində gətirmişdir.[6]
Hörmət üçün müsəlmanlar adından əvvəl "həzrət", adından sonra isə sünnilər "radiallahu-ən" (qısaca (r.ə)), şiələr isə əleyhissalam (qısaca (ə)) ifadəsini işlədirlər.