Gülablı
Ağdam rayonunda kənd From Wikipedia, the free encyclopedia
Ağdam rayonunda kənd From Wikipedia, the free encyclopedia
Gülablı — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.[2]
Gülablı | |
---|---|
39°52′51″ şm. e. 46°56′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 707 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0224[1] |
Gülablı kəndi Qarabağın dağlıq ərazisində yerləşən bir hissəsidir. Vaxtilə bu kənd Şuşa qəzasının tərkibində olmuşdur. Gülablı kəndini Tanrı sanki əhvalının xoş olduğu vaxtda yaradıb. Kəndi əhatə edən dağlar, zümrüd meşələr onun gözəlliyini birə beş artırırdı. Kənddən xeyli aralıda bulaq sularının bir-birinə qarışmasından əmələ gələn çayın kəndi ikiyə bölməsi bu yaşayış məntəqəsinin gözəlliyini bir az da tamamlayırdı. Gözəl təbiəti, saf havası qədimlərdən burada yaşayış olmasından xəbər verir. Təsadüfi deyil ki, xanlıq dövründə (söhbət Qarabağ xanlığından gedir) xan övladlarına dayə və süd anası Gülablı kəndindən tutulardı. Firudin Şuşinski yazırdı: “XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman verib. Bu kəndin əhalisinin şücaətini qiymətləndirən Qarabağ xanının bu fərmanına əməl olunması, oğlan uşaqlarının hünərli olmasına səbəb olmaqla yanaşı, həm də Abdal-Gülablıdakı gözəl səsə malik nəsillərin də Şuşada ecazkar səsli xanəndələrin yetişməsinə təsir edən əsas amillərdən idi. (F.Şuşinski. “Qarabağ musiqiçiləri”. 1995, Bakı, “Maarif” nəşriyyatı). “Kiçikbəyim üçün Gülablı kəndindən gətirilmiş və o zamandan bəri sarayda qalmış dayə, xanımın qarşısında çömbəlib, onun baş barmaqlarını ağ ipliklə çatdı”. (Yusif Vəzir Çəmənzəminli. əsərləri, ikinci cild. “Elm” nəşriyyatı, Bakı: 1976. s. 491)[3]
Gülablı kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.[4] 2011-ci ilin sentyabrın 12-də kəndin ərazisi üzərində pilotsuz təyyarə qəzaya uğramışdır. Ermənilər dərhal özlərinin "yeni və gizli silahları vasitəsilə" Azərbaycana məxsus təyyarəni vurduğunu iddia etsələr də, aparılmış araşdırmalar təyyarənin Azərbaycana məxsus olmadığını göstərmişdir. Azərbaycan Müdafiə Nazirliyi də təyyarənin Azərbaycana məxsusluğunu təkzib etmişdir.
Tarixi mənbələrdə 16-cı əsrin əvvəllərində buradan Kür-Araz ovalığına əsasəndə Cavad qəzasına (indiki Salyan rayonun Qarabağlı kəndi) ərazisinə yerləşmişlər və hamin kəndin əsasını qoymuşlar.
20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Gülablı kəndinə daxil olmuş, kənd işğaldan azad olunmuşdur.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.