From Wikipedia, the free encyclopedia
Göbələk ketçupu – göbələkdən hazırlanan ketçup növü. Bu ketçup növünün vətəni Böyük Britaniyadır. Göbələk ketçupu dadlandırıcı məhsul kimi və ya digər sosusların hazırlanmasından istifadə olunur. Böyük Britaniyada göbələk ketçupu istehsal edən bir neçə brend fəaliyyət göstərir.
Göbələk ketçupunun vətəni Birləşmiş Krallıqdır.[1][2][3] Keçmişdə Britaniyada ketçupu hazırlamaq üçün pomidor əvəzinə göbələkdən istifadə olunurdu.[4] 1770-ci illərdə Şimali Amerikadakı ingilisdilli koloniyalarda göbələk ketçupu hazırlanırdı: Cənubi Karolinada nəşr olunmuş bir kulinariya kitabında qeyd olunurdu ki, göbələk ketçupu üçün 2 yumurta ağı lazımdır.[5] Həmin kitabda qoz ketçupunun da resepti verilmişdi.[5] 1788-ci ildə nəşr olunmuş "İngilis aşbazlıq sənəti"[6] kitabında həm göbələk, həm qoz ketçupunun resepti göstərilmişdi.
XIX əsrdə göbələk ketçupu bəzi sousların hazırlanmasında və şorbaların dadlandırılmasında istifadə olunurdu.[5]
Göbələk ketçupunu hazırlamaq üçün göbələklər konteynerlərə yığılır və üzərinə duz tökülür. Göbələklərdən tökülən maye konteynerləri doldurduqdan sonra qaynama nöqtəsinə qədər sobada bişirilir.[2] Daha sonra üzərinə qara bibər kimi ədviyyatlar əlavə olunur və maye boşaldılır. Bəzən sirkədən də əlavə olunur.[3] Ketçupu hazırlamaq üçün bir neçə yeməli göbələk növündən istifadə oluna bilər. Bu göbələk növlərinə Agaricus silvaticus, Coprinus comatus, Coprinopsis atramentaria, Gomphidius glutinosus, Chroogomphus rutilus, Lactifluus volemus kimi növlər daxildir.
Birləşmiş Krallıqda göbələk ketçupu istehsal edən bir neçə brend mövcuddur: "Crosse and Blackwell's", "Morton's", "Jacky's Pantry" and "Geo Watkins".[7] Bəzi şirkətlər ABŞ-yə göbələk ketçupu ixrac edir.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.