2013-cü ilin videooyunu From Wikipedia, the free encyclopedia
Grand Theft Auto V — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən satışa çıxarılmış 2013-cü ilin döyüş-macəra videooyunu. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Hekayəsi uydurma San Andreas ştatında cərəyan edir. Oyunda üç əsas personaj var — bank soyğunçusu Maykl De Santa, qanqster Trevor, narkotik və silah satıcısı Frenklin. Onlar oyun boyu çoxsaylı cinayət əməllərində iştirak edirlər.
Grand Theft Auto V | |
---|---|
Hazırlayanlar | Rockstar San Diego, Rockstar Toronto |
Yayımlayanlar | Rockstar Games, Softclub |
Lokalizatorlar | Rockstar Lincoln |
Seriya | Grand Theft Auto |
Buraxılış tarixləri | 17 sentyabr 2013, 10 oktyabr 2013[1], 18 noyabr 2014, 15 aprel 2015, 15 mart 2022[2] |
Oyunun büdcəsi | 256.000.000 $ |
Sonuncu versiya | |
Sonuncu beta-versiya | |
Janr | döyüş-macəra oyunu[7], birinci şəxs atıcı, üçüncü-şəxs atıcı |
Prodüser |
|
Texniki məlumat | |
Platforma | Xbox 360, PlayStation 3, Xbox One, PlayStation 4, Microsoft Windows[8], PlayStation 5 |
Oyun rejimi | birnəfərli oyun[8], çoxnəfərli oyun[8], kooperativ oyun[d][8] |
İnterfeysin dili | ingilis dili |
Daşıyıcı | Blu-ray Disc, DVD, rəqəmsal distribusiya |
İdarəetmə | kompüter klaviaturası, kompüter siçanı, geympad |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyunda personajları üçüncü şəxs və birinci şəxs baxış bucağından idarə etmək mümkündür. Oyun dünyası piyada və avtomobil vasitəsilə kəşf edilə bilər. Oyunçular missiyalar və digər fəaliyyətlər zamanı personajlar arasında keçid edə bilərlər. Oyundakı əksər missiyalar soyğunların planlaşdırılması və icrası ətrafında fırlanır. Bu oğurluqlar zamanı oyunçular atışma və sürücülüklə məşğul olacaqlar. Oyunçular oyunda qaydaları pozarsa, hüquq-mühafizə orqanları onların hərəkətlərinin nə qədər pis olmasından asılı olaraq onlara qarşı sərt tədbir görəcək. Grand Theft Auto Online eyni zamanda 30 oyunçunun birlikdə oynamasını dəstəkləyən oyunun multipleyer onlayn rejimidir.
Rockstar Games, GTA V-in sərbəst buraxıldığı anda, ən böyük oyun xəritəsi ilə ən iddialı layihə olduğunu söylədi. 2018-ci il üçün bütün platformalarda onun ümumi satışları 95 milyon nüsxəni aşır. Bu göstərici Tetris və Minecraft oyunlarının birlikdə satış saylarından belə daha çoxdur.
Oyun seriyası tarixində ilk dəfə qəhrəmanlar arasında keçid etmək olan seriyadır.[9][10] Bəzi missiyalarda iki oyunçu mövcuddur, bəzi missiyalarda isə qəhrəmanlar arasında dəyişikliyə icazə verilmir. Normal oynanışda isə qəhrəmanlar arasında keçid sərbəstdir. Oyun 62 əsas missiyalardan ibarətdir. Quldurluq missiyaları missiya xaricində bir neçə yolla baş verə bilər.
Seriyada ilk dəfə olaraq, əsas qəhrəmanlar, digər qəhrəmanlara üstünlük verən xüsusi bacarıqlara malikdir. Franklin — avtomobil sürərkən vaxtı yavaşlatmasına malikdir ki, bu da avtomobil idarə edərkən manevr üstünlüyü verir. Franklinin bacarıq miqyasını doldurmaq üçün nəqliyyatda maksimal sürət yığmaq, qəzalardan qaçınmaq və ya əks zolaqda avtomobil sürmək lazımdır. Maykl — atəş əsnasında vaxtı yavaşlatır və nişanı asanlıqla vurmağa kömək edir. Mayklın bacarıq miqyasını doldurmaq üçün yüksək sürətlə səyahət etmək və ya rəqibləri bir atışla başından öldürmək tələb olunur. Trevor — düşmənlərə iki dəfə çox zərər verən qəhrəman. Trevorun bacarıq miqyasını tam doldurmaq üçün, daha çox rəqib öldürmək və atəşlərdən sürətlə qaçınmaq lazımdır.
Maykl, Franklin və Trevor fərdi göstəricilərin müxtəlif göstəricisi ilə oyuna başlayırlar. Qəhrəmanlar təcrübə qazandıqca, onların göstəriciləri də artır və bu da, öz növbəsində, bacarıqlarını artırır, reaksiya sürətləri və dözümlülüklərini artırır. Məsələn, əgər Maykl helikopterlə uçursa, bu zaman Mayklın uçuş göstəricisi yüksələcək. Və fərdi göstəricilər qəhrəmanların hər biri üçün fərdidir, yəni Franklin avtomobil sürərsə, sürət göstəricisi yalnız onda yüksələcək, Maykl və Trevorda bu göstərici dəyişməyəcək.
Grand Theft Auto V-nun fəaliyyət yeri Los-Ancelesin prototipi olan Los-Santosdur. Los Santos ilk olaraq seriyanın əvvəlki oyunlarından birində — 2004-cü ildə buraxılmış Grand Theft Auto: San Andreas oyununda ortaya çıxmışdır. Oyun, şəhərdən əlavə, qəsəbələr, dağlar, meşələr, təpələr və "Bleyn County" adlı çimərliyin ətrafında dönür. Həmçinin ayrı oyun sahəsi olan — Şimali Yankton da (ing. North Yankton) vardır; Ehtimal olunur ki, Kanada sərhədi yaxınlığında həqiqətən mövcud Şimali Dakota ştatında yerləşən rayonlardan birinin prototipidir. Şimali Yankton adlı bu məkanda sadəcə bir yer var — Ludendorf. Lundendorfda keçən iki missiya istisna olmaqla Şimali Yanktona daxil olmaq mümkün deyil. Los Santos və ətraf ərazilər Grand Theft Auto: San Andreas və Vice City seriyalarından fərqli olaraq bütün xəritə əvvəldən oyunçular üçün açıqdır. Oyunda ümumilikdə daxil oluna bilən 39 məkan vardır. 2012-ci il üçün Game Informer jurnalının yanvar sayında, GTA V-də kartın ölçüsünün digər oyunlara nisbətən qat-qat böyük olacağını söyləyən Hauser ilə müsahibə dərc edilmişdir[11]. Əslində, GTA V oyununun xəritəsi GTA: Liberti-Siti IV-dən təxminən 7,5 dəfə, GTA: San Andreasdan 3.5 dəfə, GTA: Vice City, 14,6 dəfə, GTA III xəritəsindən 4 dəfə böyük olmağı bacarmışdır.[12]
Bu oyunda ilk dəfə olaraq xəritə düzbucaqlı formaya malikdir və kameranın mövqeyindən asılı olaraq xəritənin baxış bucağı dəyişir. Bir qəhrəman hər hansı bir fiziki zərər alarsa, radar qırmızı rəngə çalır. Radarın altında sağlamlıq, xüsusi qabiliyyət və zireh səviyyəsini göstərən tərəzi vardır. Üstəlik, nəqliyyat vasitəsilə hər hansısa bir yerə səyahətiniz zamanı, xəritədə təyinat yerinə ən qısa marşrutu göstərir. Oyunun xəritəsini kəşf etdikcə, xəritənin miqyası bir o qədər də böyüyür.
Əgər oyunçu polislər tərəfindən təqib edilməyə başladısa, radar qırmızı-mavi rənglə yanıb-sönməyə başlayır. GTA IV-də radarda polislərin görə biləcəyi zona aydın şəkildə verilirdi, bu zonadan çıxdıqdan sonra axtarış ulduzları qısa zamanda sıfırlanırdı. Lakin GTA V-də bu zona qeyd edilmir, amma kifayət qədər uzaq məsafəyə gedirsinizsə və görünürlük zonasından gizlənirsinizsə, radarın yanıb-sönməsi yavaşlayacaq və axtarış ulduzları titrəməyə başlayacaq. Əgər radarda qeyd olunan polis avtomobillərinin və ya helikopterin görünmə zonasına düşsəniz, axtarış ulduzları yenidən artacaq, amma əgər başqa avtomobil vasitəsinə otursanız və polis məmurlarının görmə sahəsindən uzağa getsəniz, təqibdən uğurla çıxmaq şansınız olacaq. Avtomobil oğurluğu və partlayışı, polis əməkdaşlarının öldürülməsi, qumbaraların atılması, partlayıcı maddələr və digər qeyri-qanuni hərəkətlərinizə görə polis təqibi alırsınız. Oyundaki maksimum ulduz sayı 5-dir. Hərbi baza və ya həbsxanaya qeyri-qanunsuz keçmək və ya üzərindən uçmaq oyunçuya 4 ulduz polis təqibi verir.
Oyunçu 1 ulduzlu axtarış əldə edərkən kiçik polis qrupları sizi izləməyə başlayır. Polislərin gözü qarşısında cinayət törətsəniz, oyunçu dərhal 2 ulduz axtarışı əldə edir. 2 ulduz axtarışda təqib edən polis avtomobillərinin bir qrupu artır; polis avtomobilləri ən yaxın yollarda daha tez-tez rast gəlinir. Axtarışın 3-cü ulduzunda helikopter axtarışlara qoşulur, polis avtomobillərinin sayı da artır, yollarda polis avtomobillərindən barrikadalar tikilir. 4 ulduz əldə edildikdə isə, oyunçu üçün axtarış FIB (FBI-nin prototipi) işçiləri bu axtarışlara qoşulur. Sonuncu, 5 ulduz axtarış aldıqdan sonra, tanklar meydana çıxır və avtomobil, helikopterlərin sayı daha da artır. GTA IV-də olan 6 ulduzlu axtarış silindi, lakin tanklar və ordu oyuna geri qaytarıldı.
3 əsas qəhrəmanın hər biri üçün öz missiyası var. Seriyanın əvvəlki oyunlarında bir çox eyni tipli vəzifələr var idi. GTA V-də demək olar ki, bütün hekayə missiyaları bir-birlərindən fərqli və daha aksiyonludur. Həmçinin hər bir qəhrəmanın öz məşğuliyyəti vardır.[13] Frenkin ən böyük hobbilərindən biri avtomobildir. O daim avtomobilləri modifikasiya edir və onlarla şəhərdə gəzir. Trevor, spirtli içkiləri qəbul etməyi xoşlayır, demək olar ki, məşğuliyyəti yoxdur. Maykl isə varlı qəhrəmandır. Qolf, tennis oynamağı çox sevir.[14]
Oyunun sualtı dünyasına, seriyanın əvvəlki oyunlarda praktiki olaraq diqqət yetirilmədiyinə baxmayaraq, GTA V-də dənizlərin dibinə xüsusi diqqət yetirilmişdir. Sualtı dünya dalğıclar tərəfindən tədqiq edilə bilər. Okeanın altındakı xəritədə müxtəlif obyektlər vardır — gəmi qırıqları, sənədlər və s. Yan missiyalarda onları toplamaq lazım gəlir. Həmçinin okeanda batmış UFO tapa bilərsiniz.
Los Santos-da təbii ki, yalnız sağlamlığınızı məhv edə bilməzsiniz, həm də şəxsi məşqçi Fabien Larushem ilə tennis, yoqa ilə məşğul ola bilər, Country Club-un böyük sahələrində qolf oynayaraq qəhrəmanların sağlığını az da olsa, bərpa edə bilərsiniz.
GTA V-də, yeniliklərin əsas elementlərindən biri də bankların soyulmasıdır. Soyğunçuluq öz imkanlarından asılı olaraq oğurlanmış puldan daha çox faiz tələb edəcək müvafiq komandanı seçməklə bir neçə yolla həyata keçirilə bilər. Lakin komandanın az təcrübəli və ucuz üzvləri oyunçuya daha çox məsuliyyət tələb etdirər və oyunçu məsuliyyətsizlik etdiyi təqdirdə oğurlanmış pulun bir hissəsini itirə bilər. Tez bir şəkildə pul qazanmaq lazımdırsa, yanacaqdoldurma məntəqəsinə və ya mağazaya hücum etmək daha uyğundur.
Oyundaxili saytlarda www.bawsaq.com və www.lcn-exchange.com saytlarında səhmlərin məzənnəsini izləmək və ticarətdə iştirak etmək mümkündür. Siz bununla rəqibləri aradan qaldıra bilər, fərdi şirkətlər və daxili informasiyada işləyən şəxsləri şantaj edə bilərsiniz.
Qanunsuz qazanılmış pulları xərcləmək və ya sadəcə Los Santosda istirahət etmək müxtəlif yollarla mümkündür:
GTA V oyun seriyasında, GTA IV-dən əsinlənən bir mobil telefon var. Hər hansısa bir şeyin alınması üçün istifadə edilə bilər.[15] GTA IV oyun seriyasındaki telefon ilə müqayisədə GTA V-dəki mobil telefonun funksionallığı əhəmiyyətli dərəcədə artıqdır.[16] Siz telefondan internetə giriş üçün istifadə edə bilərsiniz.[15] İnternetdə isə öz bank hesabınızı idarə edə, bir şey ala bilər, Los Santos məşhurunun bloqunu oxuya bilər, və ya sadəcə şirin pişiklərin şəkillərinə baxa bilərsiniz..
Oyundaki telefon iFruit adlanır və Apple şirkətinin iPhone modellərinin prototipidir. Mayklın telefonunun sistem versiyası İOS 6-dır. Android telefonlarının prototipi isə oyunun qəhrəmanlarında biri olan Franklində mövcuddur. Android prototipinin oyuniçi adı Offdroid-dir.[16]
Reabilitasiya adası kimi müxtəlif verilişlərin getdiyi bir televizor izləmək imkanınız var.
Yeni nəsil Rockstar Oyun Mühərriyi, ilk dəfə GTA V-də sınandı və nəticədə, qəhrəmanlar öz aralarında ünsiyyət qura bilir, avtobus gözləyə bilir, evdə şənliklər təşkil edə bilir, hətta Los Santosda yerləşən Hilliad dağına yürüşlərə gedə bilirlər. Şəhərdə gəzən hər hansısa bir insanın yaxınlığında dayansanız, qəhrəmanınız onunla danışmağa çalışacaq, ancaq adətən insanlar əlində olan şeylər — qəhvə, telefon və ya kitabı yerə ataraq, sizdən cəld uzaqlaşmağa başlayırlar. Şəhərdə gəzən birini təqib etsəniz, bir müddət sonra o, bunu başa düşəcək və sizdən qaçmağa başlayacaq. Əgər siz, şəhərdə gəzən bir qadına uzun müddət baxsanız, o sizin bir manyak olduğunuzu düşünəcək, və cəld polisə zəng vuracaq. Çox nadir hallarda, bu insanlar problemi anlayır və sizinlə döyüşə çıxır. Həmçinin, çimərlikdə istirahət edənləri tapa bilərsiniz. Axşam onlar tonqal yandırırlar, bəziləri gitara çalır və öz keçmişlərini xatırlayırlar.
2012-ci ilin mart ayında IGN portalına verdiyi müsahibədə Hauser Max Payne 3 Multiplayer rejiminin bəzi xüsusiyyətləri barədə danışdı. Müsahibədə, Max Payne 3-də olduğu kimi, GTA V-də də "şəbəkə" sistemi yaradılacağını bildirdi. Oyunçular öz Rockstar hesabları ilə bir-birlərini dostluğa əlavə edə biləcək, sonra isə onlarla onlayn vəziyyətdə oynaya biləcəklərini açıqladı. O, həmçinin qeyd etdi ki, son bir neçə ildə multipleyer oyunlara olan maraq artmışdır, buna görə Rockstar Games öz oyunlarının online aspektlərini fəal şəkildə inkişaf etdirmək niyyətindədir. Bu ideyaların inkişafı GTA 5-in online versiyası olan: Grand Theft Auto Onlaynın yaranması ilə nəticələndi.
Grand Theft Auto seriyasında ilk dəfə olaraq qarşılıqlı əlaqə saxlaya biləcəyiniz heyvanlar ortaya çıxdı. Heyvanların oyunda yer alacağını qeyd etmək üçün oyunun ilk treylerində bir it və onu gəzdirən adam var idi. Bundan sonra, sonrakı treylerlərdə də heyvanlar bir neçə dəfə görüldü və hətta treylerdən birində: onları ovlamağın belə mümkün olacağı bildirilmişdi. GTA V-dəki heyvanlar oyunçuları məmnun etmişdi, lakin Multiplayer versiyasında heyvanlara rast gəlinmirdi. Oyunun əsas qəhrəmanlarından biri — Franklinin, məşq edə biləcəyiniz, oynaya biləcəyiniz Çop ləqəbli bir iti var idi. Oyunda heyvanlar aləmi kifayət qədər müxtəlifdir. Siz oyuda itlərə, köpəkbalığına, adi üzən balıqlara, qağayılara, marallara, dağ şirlərinə, çöldonuzlarına, inəklərə və hətta pişiklərə belə rast gələ bilərsiniz.
2004-cü il, Ludendorf, Şimali Yankton. Peşəkar soyğunçular və ən yaxşı dostlar — Maykl Taunli, Trevor Filips və Brad Snayder yerli banka hücum edirlər. Quldurluq hələ ki yaxşı gedir, lakin sonradan avtomobil qəzaya düşür və qəhrəmanlar piyada qaçmaq məcburiyyətində qalırlar. Brad və Mayklı FBI agenti — Deyv Norton silah atəşinə tutur. Trevor isə bu situasiyadan qaçmağı bacarır.
Lakin sonradan məlum olur ki, Mayklın ölümü səhnələşdirilmişdi. O, soyğunçuluğa qədər şahidlərin müdafiəsi proqramına daxil oldu və FIB ilə əməkdaşlığa başladı, özünü və ailəsini xilas etmək üçün dostlarını pusquya saldı. Oğrulardan biri onun tələsinə düşüb, FIB tərəfindən atəşə tutulduqdan sonra, o, FIB-dən bahalı bir saray, külli miqdarda pul alır və "Taunli" soyadını "de Santaya" dəyişir.
Oyun 2013-cü ildə Los Santos, San Andreas şəhərində keçir. Maykl ailəsi ilə sıx əlaqələrə malikdir: həyat yoldaşı Amanda daim pullarını sərf edir və ona xəyanət edir, oğlu Cimmi videooyunlar və narkotiklərlə maraqlanır, qızı Treysi isə pornoqrafik filmlərdə çəkilmək üçün daim çalışır. Maykl, psixoterapevt Yeşaya Fridlenderin yanında seanslara gedir, amma onun fikrincə, psixoloq ona heç də kömək etmir.
Küçədə iki afroamerikalı — Frenklin Klinton və onun dostu Lamar Devis Mayklaya müraciət edir və bir evin ünvanını soruşurlar. Sonradan Mayklı təqib edirlər və sonradan onun avtomobil salonundan iki sport avtomobil qaçırırlar.
Sonda isə, oyunçu qarşısında seçim var: ya Trevoru öldürmək, ya da Mayklı öldürmək və ya hər ikisini xilas etmək.
Grand Theft Auto V-da müxtəlif hekayələri olan üç əsas qəhrəman vardır. Hər birinin öz xüsusiyyətləri, hobbisi, maraq dairəsi, dostları, müəyyən bacarıqları və unikal nəqliyyatları var. Oyunçular müəyyən missiyaları tamamlayaraq qəhrəmanları aça biləcəklər. Rockstar Games-in sözlərinə görə, Michael yaradılan ilk qəhrəmandır, Franklin isə sonuncu qəhrəmandır. Müsahibələrdən birində dan Hauser bildirib ki, əvvəlcə süjetdə yalnız Michael iştirak etməli idi, lakin developerlərdən biri 3 qəhrəman etməyi fikrini irəli sürdü və bu onların xoşuna gəldi.
GTA V Soundtrack | ||||
---|---|---|---|---|
Yayımlanma tarixi | 24 sentyabr, 2013 | |||
Janr | döyüş-macəra oyunu[7], birinci şəxs atıcı, üçüncü-şəxs atıcı | |||
Müddət |
216:13 (toplamda) 63:17 (Volume 1) 78:40 (Volume 2) 74:16 (Volume 3) |
|||
Dil | ingiliscə | |||
Leybl | Rockstar Games • Mass Appeal | |||
Prodüser |
|
|||
Albom xronologiyası | ||||
|
GTA V Soundtrek — oyunun musiqi komponenti. GTA V Saundtrekin əsas hissəsi, əvvəlki GTA seriyası oyunlar kimi, oyuniçi radio stansiyalarından ibarətdir və hər bir radio müəyyən bir üslubda musiqi ifa edir.[17] Oyunçu hər hansı bir nəqliyyat vasitəsinə oturduqda musiqi səslənməyə başlayır. Grand Theft Auto V 20 radiostansiyadan və 240-a yaxın lisenziyalaşdırılmış musiqidən ibarətdir.[18] Seriyanın digər oyunlarından fərqli olaraq, musiqi dinləmək funksiyası bəzi missiyalarda da ortaya çıxıb.[19][20]
Oyunun buraxılmasından bir həftə sonra, Rockstar Games şirkəti Grand Theft Auto V saundtrekini üç diskdə buraxdı.[21] Bu disklərdə oyuniçində keçən bütün radiolarda çalan musiqilər yer alırdı. Elektronik musiqilər bir diskdə, keçmiş 80'ci illərin musiqiləri 2-ci diskdə, geri qalan üslubda musiqilər isə 3-cü diskdə toplaşmışdır.[22]
18 noyabr 2014-cü il yeni nəsil oyun sistemləri üçün oyunun yenilənmiş versiyası buraxıldı. Digər funksiyalar xaricində, oyunun yeni versiyasına 162 yeni trek əlavə edildi.
14 aprel 2015-ci ildə Oyunun versiyası Windows əməliyyat sistemi üçün çıxdı. Deyilənə görə, kompüter versiyasında oyuna parçaları (Self-radio stansiyası) əlavə etmək imkanı var idi. Oyunun kompüter versiyasına eksklüziv The Lab radiostansiyası da əlavə edildi. Bu radioda iTunes-də lisenziyalaşdırılmış yeni 14 musiqi meydana çıxdı. 8 iyul, "Çirkli Pul: Part 2" güncəlləşdirməsindən sonra, bu stansiya oyunun bütün dörd konsol versiyasına da daxil oldu.
12 dekabr 2017-ci il tarixində "Qiyamət günü" güncəlləşdirməsi ilə birlikdə oyuna yeni Los Santos 97.8 FM radiostansiyası əlavə edildi.
24 iyul 2018-ci il tarixində "Gecə Həyatı" əlavə edildi. Oyuna dörd DJ-in qarışıqları əlavə edildi.
İyulun 31-də oyunda Los Santos Underground radiostansiyası çıxdı. Beləliklə, DJ-lərin treklərini yalnız gecə klublarında deyil, həm də nəqliyyat vasitəsində gedərkən bu radioda eşitmək mümkün oldu.
sentyabr 2009-cu ildə Take-Two İnteraktivin baş direktoru Ştraus Zelnik Grand Theft Auto V oyununu yaxın gələcəkdə elan etmək niyyətində olmadığını söylədi.[23] Həmin ilin noyabrında The Times qəzetinə müsahibəsində Hauser GTA V-nin hazırlanmasının artıq getdiyini və oyunun ssenarisinin 1000 səhifəyə çatdığını təsdiqlədi. 2010-cu ilin iyul ayında Rockstar Games öz saytına, Grand Theft Auto seriyasının inkişafı ilə əlaqəli ola biləcək yeddi vakansiya yerləşdirdi.[24]
25 oktyabr 2011-ci il tarixində 12:00-da Rockstar Games şirkətinin rəsmi saytında GTA 5 oyununun loqosu nümayiş etdirildi[25][26] və treylerinin 2 noyabr 2011-ci ildə yayımlanacağı bildirildi. Təyin olunmuş vaxtda, Los-Ancelesin prototipi olan Los Santos şəhərindən olan görüntülərin yer aldığı treyler yayımlandı.[27] GTA VI Arxivləşdirilib 2021-03-03 at the Wayback Machine versiyasının isə bu ilin sonuna qədər yayımlanacağı gözlənilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.