Google Talk
From Wikipedia, the free encyclopedia
Google Talk — həm mətn, həm də səsli rabitəni təmin edən ani mesajlaşma xidməti.[1] Bu ani mesajlaşma xidməti istifadəçilər arasında "Gchat", "Gtalk" və ya "Gmessage" kimi müxtəlif şəkillərdə adlandırılırdı.[2]
Google Talk | |
---|---|
Tipi | internet xidməti[d], özəl proqram təminatı, müştəri, İP telefoniya |
Tərtibatçı | |
Əməliyyat sistemi | Android, Linux, Maemo, Windows Mobile, iOS, Microsoft Windows, Google Chrome, macOS, Debian, openSUSE |
İnterfeysin dili | koreya dili, niderland dili, polyak dili, portuqal dili, türk dili |
Yayımlanma tarixi | 24 avqust 2005 |
Sonuncu versiya |
|
Sayt | web.archive.org/web/2013… |
Vikianbarda əlaqəli mediafayllar |
"Google Talk" həm də əvvəllər "Google" tərəfindən xidmətdən istifadə etmək üçün təklif edilən müştəri proqramlarının adı idi. "Google Talk" proqramları "Microsoft Windows",[3] "Android",[4] "BlackBerry OS",[5] "BlackBerry 10"[5] və "ChromeOS"[6] əməliyyat sistemləri üçün mövcud idi. "Google Talk" mobil veb proqramı da əvvəllər mövcud idi.[7] 2015-ci ilin fevral ayında "Windows" müştərisinin fəaliyyəti dayandırılmış, "Google" istifadəçilərə bunun əvəzinə "Google Hangouts"dan istifadə etməyi tövsiyə etmişdir.[8][9] "Windows" müştərisinin istifadəçilərinə "Chrome" brauzer platformasında "Google Hangouts" tətbiqinə keçmək məsləhət görülmüşdür.[10]