Georgi Qurciyev
From Wikipedia, the free encyclopedia
Georgi Qurciyev (13 yanvar 1866, 1872 və ya 27 dekabr 1877, Gümrü[1] – 29 oktyabr 1949[2][3][…], Nöyi-sür-Sen) - XX əsrin birinci yarısında məşhur olmuş olan ruhani müəllim, quru və yazıçıdır.[4] O, Qafqazda dünyaya gəlsə də, uşaqlığı Qarsda keçmişdir. O, "insan həyatının məqsədi nədir?" sualına cavab tapmaq istəmiş və axtardığı sualın cavabını yalnız qədim adət-ənənələrdə tapacağını düşünərək həqiqətə çatmaq üçün təxminən iyirmi ilə yaxın bir müddət ərzində Hindistan, Tibet, Mərkəzi Asiya, Anadolu və Misiri gəzmişdir. O, faqirlərdən (bədənə nəzarətə diqqət yetirənlər), rahiblərdən (emosiyalara nəzarətə diqqət yetirənlər) və yoqilərdən (zehni idarə etməyə diqqət yetirənlər) təsirlənmiş, lakin səyahətinin sonunda Dördüncü Yol adlı özünəməxsus bir təlim yaratmışdır. Dördüncü yolun digər üç yoldan əsas fərqi ondan ibarət idi ki, o, gündəlik həyatda tətbiq oluna bilərdi və bədən, hisslər və ağıl arasında tarazlığın yaradılmasına əsaslanırdı. O, insanların hipnoz vəziyyətinə oxşar olan bir yuxu vəziyyətində olduqlarını və onun Dördüncü Yolunun insanları bu vəziyyətdən xilas edib, şüur səviyyəsini tam qaldıracağını müdafiə etmişdir. O, ömrünün sonuna kimi bu təlimini qərb dünyasında tanıtdırmaq üçün çalışmışdır.
Georgi Qurciyev | |
---|---|
erm. Գեորգի Իվանովիչ Գյուրջիև yun. Γεώργιος Γεωργιάδης | |
Doğum tarixi | 13 yanvar 1866(1866-01-13), 1872 və ya 27 dekabr 1877(1877-12-27) |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 1949(1949-10-29)[2][3][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | qaraciyər xərçəngi |
Vətəndaşlığı | |
Əsas maraqları | fəlsəfə, Mistisizm |
Sayt | institut-gurdjieff.com |
Vikianbarda əlaqəli mediafayllar |