Gövhər ağa
From Wikipedia, the free encyclopedia
Gövhər ağa (əsil adı Gövhərnisə[2] bəyim) (1790[3]—1888) — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin xanımı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi.
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Gövhər ağa | |
---|---|
Gövhərnisə bəyim | |
Doğum tarixi | 1790[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1888 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Atası | İbrahim xan |
Fəaliyyəti | yazıçı |
Bağla