Bu siyahıya FİFA Dünya Kuboku finalları tarixində bir futbol matçında üç və ya daha çox qol vuran oyunçular daxil edilmişdir. (Dünya Kuboku seçmə matçları daxil deyil.) Bir Dünya Kuboku matçında het-trik (üç və ya daha çox qol vurmaq) nisbi olaraq olduqca nadirdir. 18 dəfə təşkil edilən Dünya Kubokunda oynanan 700-dən çox matçda idmançılar yalnız 48 dəfə bu performansı həyata keçirə bilmişlər. Futbolun və Dünya Kubokunun rəhbərliyində olan FİFAnın bir oyunçunun üç və ya daha çox qol atdığını rəsmi olaraq təsdiqləməsi ilə oyunçunun performansı het-trik olaraq qəbul edilir.

Dünya kubokunda ilk het-trik etmə müvəffəqiyyətini ABŞ milli futbol komandasından Bert Patenaude adlı oyunçu Paraqvay milli futbol komandasına qarşı FİFA Dünya Kuboku 1930da reallaşdırdı. Ən son olaraq da FİFA Dünya Kuboku 2014-də Almaniya milli futbol komandasından Tomas Müller Portuqaliya milli futbol komandasına qarşı oyunda həyata keçirmişdir.

Bu performansın heç bir futbolçu tərəfindən bacara bilmədiyi tək turnir Almaniyada təşkil edilən FİFA Dünya Kuboku 2006 olmuşdur. Ən çox het-trik isə 8 dəfə ilə İsveçrədə təşkil edilən FİFA Dünya Kuboku 1954-də qeydə alınmışdır.

Maraqlı faktlar

  • ABŞ-lı Bert Patenaude 17 İyul 1930-cu ildə Paraqvay milli futbol komandasına üç qol vuraraq bir Dünya Kuboku matçında het-trik edən ilk futbolçu olaraq tarixə keçmişdir. Ancaq 2006-cı ilə qədər FİFA rəsmi olaraq bu oyunçunu deyil, bu matçdan iki gün sonra oynanan matçdakı Argentinalı Gillermo Stabileni qəbul edirdi. 2006-cı ildə FİFA komanda yoldaşı Tom Florieyə aid olaraq görülən qolun əslində Bert Patenaude tərəfindən atıldığını qəbul etdi və Bert Patenaudenin ilk het-trik edən oyunçu olduğunu açıqladı.
  • Dünya Kubokları tarixində iki dəfə het-trik edən 4 oyunçu var. Bunlar Sandor Koçsis (1954); Cast Fonteyn (1958); Gerd Müller (1970) və Qabriel Batistuta (1994, 1998)dır. Batistuta iki fərqli Dünya Kubokunda het-trik edən tək oyunçudur. Koçsis və Müller isə dalbadal iki matçda bu müvəffəqiyyətə çatan futbolçulardır.
  • Oleq Salenko bir Dünya Kuboku matçında 5 qol vuran tək futbolçudur. Rusiya milli futbol komandasında oynayan Salenko bir matçda ən çox qol vuran futbolçu ünvanına FİFA Dünya Kuboku 1994-də Kameruna qarşı oynayarkən çatmışdır.
  • Gillermo Stabile ilk dəfə milli forma geyindiyi oyunda 1930 matçında het-trik etmə müvəffəqiyyəti göstərmişdir.
  • Üç futbolçu komandasının məğlub olduğu matçda het-trik etmişdir. Bu futbolçular: Ernest Vilimowski (5–6, 1938); Yosef Hügi (5–7, 1954) və İqor Belyanov(3–4, 1986)dur
  • Bir matçda iki dəfə het-trik Dünya Kuboklarında üç dəfə reallaşmışdır. İkisi FİFA Dünya Kuboku 1938 matçlarında: İsveçin Kubanı məğlub etdiyi matçda Qustav Vetterström və Tore Keller üç qol atdı. Vetterström qollarının hamısını ilk hissədə atmışdır. 5 İyun 1938-ci ildə oynanılan Braziliya-Polşa matçında isə Braziliya adına Leonidas və Polşalı Ernest Vilimowski het-trik etmişlər. FİFA Dünya Kuboku 1954də Avstriyanın İsveçrəni məğlub etdiyi matçda hər iki tərəfdən Teodor Vaqner və Yosef Hügi het-trik etmişlər.
Thumb
Miroslav Klose bir maçtda üç dəfə kəllə ilə qol vuran iki oyunçudan biridir.
  • Final matçlarında yalnız bir oyunçu bu müvəffəqiyyətə nail olmuşdur. İngiltərə milli futbol komandasından Geoff Hurst FİFA Dünya Kuboku 1966-da Almaniyaya qarşı 3 qol atmışdır.
  • Ən erkən tamamlanan het-trik FİFA Dünya Kuboku 1954-də Erix Probst tərəfindən reallaşdırılmışdır. İlk iki qolu 4 və 21-ci dəqiqələrdə atan futbolçu 24-cü dəqiqədə 3-cü qolu da ataraq het-trik etmiş oldu.
  • Birinci və üçüncü qol arasında ən qısa müddət olan het-trik isə FİFA Dünya Kuboku 1982-də Laszlo Kiss tərəfindən El Salvador komandasına qarşı edilmişdir. Kiss qollarını 69, 72 və 76-cı dəqiqələrdə vuraraq 7 dəqiqədə het-trik etmiş oldu. Laszlo Kiss eyni zamanda oyuna sonradan girib het-trik edən yeganə oyunçudur.
  • Üç qolu da kəllə ilə atan iki oyunçu var. Bunlar: FİFA Dünya Kuboku 1990-da Tomaş Şukravi və FİFA Dünya Kuboku 2002-də Miroslav Klosedir.
  • Dünya Kubokları tarixində ən gənc het-trik edən oyunçu 17 yaş və 244 günlük bu müvəffəqiyyətə çatan Peledir. Ən yaşlı futbolçu isə 33 yaş və 159 günlə Tore Kellerdir.

Het-trik edən futbolçuların siyahısı

Əlavə məlumat Açar, § ...
Açar
4 Oyunçu 4 qol vurub
5 Oyunçu 5 qol vurub
§ Oyunçunun komandası məğlub olub
Bağla
Əlavə məlumat Sıra, Oyunçu ...
FİFA Dünya Kubokunun het-rikləri
Sıra Oyunçu Qol dəqiqələri Komanda Nəticə Qarşı Turnir Raund Gün İst.
1. Bert Patenaude 10', 15', 50' ABŞ&0000000000000003.300000 3–0 ParaqvayUruqvay 19308 Birinci mərhələ17 iyul 1930[1]
2. Gillermo Stabile 8', 17', 80' Argentina&0000000000000003.600000 6–3 MeksikaUruqvay 19308 Birinci mərhələ19 iyul 1930[2]
3. Pedro Sea 18', 67', 72' Uruqvay&0000000000000005.600000 6–1 YuqoslaviyaUruqvay 19303 Yarımfinal27 iyul 1930[3]
4. Angelo Skyavio 18', 29', 64' İtaliya&0000000000000006.700000 7–1 ABŞİtaliya 193481/8 final27 may 1934[4]
5. Edmund Konen 66', 70', 87' Almaniya&0000000000000003.500000 5–2 Belçikaİtaliya 193481/8 final27 may 1934[5]
6. Oldrix Neyedl 19', 71', 80' Çexoslovakiya&0000000000000002.300000 3–1 Almaniyaİtaliya 193431/2 final3 iyun 1934[6]
7. Ernest Vilimovski4 53', 59', 89', 118' Polşa&0000000000000000.095000 5–6 ə.v§ BraziliyaFransa 193881/8 final5 iyun 1938[7]
8. Leonidas 18', 93', 104' Braziliya&0000000000000001.600000 6–5 ə.v PolşaFransa 193881/8 final5 iyun 1938[7]
9. Qustav Vetterström 32', 37', 44' İsveç&0000000000000008.800000 8–0 KubaFransa 193851/4 final12 iyun 1938[8]
10. Harri Andersson 9', 81', 89' İsveç&0000000000000008.800000 8–0 KubaFransa 193851/4 final12 iyun 1938[8]
11. Oskar Migez 14', 45', 56' Uruqvay&0000000000000008.800000 8–0 BoliviyaBraziliya 195081/8 final2 iyul 1950[9]
12. Ademir4 17', 36', 52', 58' Braziliya&0000000000000006.700000 7–1 İsveçBraziliya 19502Final Qrupu9 iyul 1950[10]
13. Sandor Koçsis 24', 36', 50' Macarıstan&0000000000000009.900000 9–0 Cənubi Koreyaİsveçrə 19548Qrup 217 iyun 1954[11]
14. Erix Probst 4', 21', 24' Avstriya&0000000000000005.500000 5–0 Çexoslovakiyaİsveçrə 19548Qrup 319 iyun 1954[12]
15. Karlos Borges 17', 47', 57' Uruqvay&0000000000000007.700000 7–0 Şotlandiyaİsveçrə 19548Qrup 319 iyun 1954[13]
16. Sandor Koçsis4 3', 21', 67', 78' Macarıstan&0000000000000005.800000 8–3 Qərbi Almaniyaİsveçrə 19548Qrup 220 iyun 1954[14]
17. Burhan Sargın 37', 64', 70' Türkiyə&0000000000000007.700000 7–0 Cənubi Koreyaİsveçrə 19548Qrup 220 iyun 1954[15]
18. Maks Morlok 30', 60', 77' Qərbi Almaniya&0000000000000005.700000 7–2 Türkiyəİsveçrə 19548Qrup 223 iyun 1954[16]
19. Teodor Vaqner 25', 27', 53' Avstriya&0000000000000002.700000 7–5  İsveçrəİsveçrə 195451/4 final26 iyun 1954[17]
20. Yosef Hügi 17', 19', 58'  İsveçrə&0000000000000000.085000 5–7§ Avstriyaİsveçrə 195451/4 final26 iyun 1954[17]
21. Cast Fonten 24', 30', 67' Fransa&0000000000000004.700000 7–3 Paraqvayİsveç 1958Qrup 28 iyun 1958[18]
22. Pele 52', 64', 75' Braziliya&0000000000000003.500000 5–2 Fransaİsveç 195831/2 final24 iyun 1958[19]
23. Cast Fonten4 16', 36', 78', 89' Fransa&0000000000000003.600000 6–3 Qərbi Almaniyaİsveç 19584Üçüncü yer oyunu28 iyun 1958[20]
24. Florian Albert 1', 6', 53' Macarıstan&0000000000000005.600000 6–1 BolqarıstanÇili 19628Qrup 43 iyun 1962[21]
25. Eysebio4 27', 43' (pen.), 56', 59' (pen.) Portuqaliya&0000000000000002.500000 5–3 Şimali Koreyaİngiltərə 196651/4 final23 iyul 1966[22]
26. Geoff Hurst 18', 98', 120' İngiltərə&0000000000000002.400000 4–2 ə.v Qərbi Almaniyaİngiltərə 19661Final30 iyul 1966[23]
27. Gerd Müller 27', 52' (pen.), 88' Qərbi Almaniya&0000000000000003.500000 5–2 BolqarıstanMeksika 19708Qrup 47 iyun 1970[24]
28. Gerd Müller 19', 26', 39' Qərbi Almaniya&0000000000000002.300000 3–1 PeruMeksika 19708Qrup 410 iyun 1970[25]
29. Duşan Bayeviç 8', 30', 81 Yuqoslaviya&0000000000000009.900000 9–0 ZairQərbi Almaniya 19748Qrup 218 iyun 1974[26]
30. Andrzey Şarmax 30', 34', 50' Polşa&0000000000000007.700000 7–0 HaitiQərbi Almaniya 19748Qrup 419 iyun 1974[27]
31. Rob Rensenbrink 40' (pen.), 62', 79' (pen.) Niderland&0000000000000003.300000 3–0 İranArgentina 19788Qrup 43 iyun 1978[28]
32. Teofilo Kubilyas 36' (pen.), 39' (pen.), 79' Peru&0000000000000003.400000 4–1 İranArgentina 19788Qrup 411 iyun 1978[29]
33. Laszlo Kiss 69', 72', 76' Macarıstan&0000000000000009.950000 10–1 Salvadorİspaniya 1982Qrup 315 iyun 1982[30]
34. Karl-Haynz Rummenigge 9', 57', 66' Qərbi Almaniya&0000000000000003.400000 4–1 Çiliİspaniya 19828Qrup 520 iyun 1982[31]
35. Zbiqniev Boniek 4', 26', 53' Polşa&0000000000000003.300000 3–0 Belçikaİspaniya 19826İkinci mərhələ28 iyun 1982[32]
36. Paolo Rossi 5', 25', 74 İtaliya&0000000000000001.300000 3–2 Braziliyaİspaniya 19826İkinci mərhələ5 iyul 1982[33]
37. Preben Elkyar Larsen 11', 67', 80' Danimarka&0000000000000005.600000 6–1 UruqvayMeksika 19868Qrup E8 iyun 1986[34]
38. Qari Lineker 9', 14', 34' İngiltərə&0000000000000003.300000 3–0 PolşaMeksika 19868Qrup F11 iyun 1986[35]
39. İqor Belyanov 27', 70', 111' (pen.) SSRİ&0000000000000000.093000 3–4 ə.v§ BelçikaMeksika 19867İkinci mərhələ15 iyun 1986[36]
40. Emilio Butraqueno4 43', 56', 80', 88' (pen.) İspaniya&0000000000000004.500000 5–1 DanimarkaMeksika 19867İkinci mərhələ18 iyun 1986[37]
41. Miçel 22', 61', 81' İspaniya&0000000000000002.300000 3–1 Cənubi Koreyaİtaliya 19908Qrup E17 iyun 1990[38]
42. Tomaş Şukravi 12', 63', 82' Çexoslovakiya&0000000000000003.400000 4–1 Kosta-Rikaİtaliya 19907İkinci mərhələ23 iyun 1990[39]
43. Qabriel Batistuta 2', 44', 89' (pen.) Argentina&0000000000000004.400000 4–0 YunanıstanABŞ 19948Qrup D21 iyun 1994[40]
44. Oleq Salenko5 14', 41', 44' (pen.), 72', 75' Rusiya&0000000000000005.600000 6–1 KamerunABŞ 19948Qrup B28 iyun 1994[41]
45. Qabriel Batistuta 73', 78', 83' (pen.) Argentina&0000000000000005.500000 5–0 YamaykaFransa 19988Qrup H21 iyun 1998[42]
46. Miroslav Klose 20', 25', 70' Almaniya&0000000000000008.800000 8–0 Səudiyyə ƏrəbistanıCənubi KoreyaYaponiya 20028Qrup E1 iyun 2002[43]
47. Pauleta 14', 65', 77' Portuqaliya&0000000000000004.400000 4–0 PolşaCənubi KoreyaYaponiya 20028Qrup D10 iyun 2002[44]
48. Qonzalo İquain 33', 76', 80' Argentina&0000000000000003.400000 4–1 Cənubi KoreyaCənubi Afrika Respublikası 20108Qrup B17 iyun 2010[45]
49. Tomas Müller 12' (pen.), 45', 78' Almaniya&0000000000000004.400000 4–0 PortuqaliyaBraziliya 20148Qrup G16 iyun 2014[46]
50. Xerdan Şaqiri 6', 31', 71'  İsveçrə&0000000000000003.300000 3–0 HondurasBraziliya 20148Qrup E25 iyun 2014[47]
Bağla

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.