Futarasan məbədi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Futarasan məbədi (二荒山神社, Futarasan-cinca?) və ya bəzən Futarayama məbədi (二荒山神社, Futarayama-cinca?) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində yerləşən şintoist məbədi.
Şintoizm | |
Futarasan məbədi | |
---|---|
二荒山神社 | |
Din | |
İlahi gücü | Okuninuşi |
Festivalları | 17 aprel |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Prefektura | Toçiqi prefekturası |
Şəhər | Nikko |
Yeri | Futara dağı |
|
|
Saytı | |
futarasan.jp futarasan.info |
|
Şintoizm terminologiyası |
Məbədin qurulma tarixçəsi Futara dağına edilən ibadətlə bağlıdır.[1] Məbəd VIII əsrdə keşiş Şodo tərəfindən iki buddist məbədi ilə birlikdə qurulmuş və uzun müddət Şuqendo dini üçün müqəddəs yer hesab olunmuşdur.[1]
Edo dövründə yaxınlıqda yerləşən Nikko Toşo məbədi ilə birlikdə buddizmin Tenday sektasına aid olan Rinno məbədinin tabeliyində olmuşdur.[1]
Məbəd kami Okuninuşi və digər iki ilaha həsr edilmişdir.[1] Əsas məbəd şəhərin içində yerləşir.[1] Daxili məbəd Futara dağının zirvəsində, orta məbəd isə Çuzenci gölünün sahilində tikilmişdir.[1]
Məbədin illik festivalı 17 aprel tarixində baş tutur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.