Frensis Yanqhazband
Britaniya ordusu zabiti, Tibetə silahlı müdaxilənin rəhbəri / From Wikipedia, the free encyclopedia
Frensis Yanqhazband (ing. Sir Francis Edward Younghusband; 31 may 1863[1][2][…] – 31 iyul 1942[1][2][…]) — İngilis zabiti, polkovnik-leytenant, səyyah, dini yazıçı, Hindistan Ulduzu ordeninin cəngavər komandiri, Hindistan imperiyası ordeninin cəngavər komandiri. Böyük Oyunun aktiv iştirakçısı.
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Frensis Yanqhazband | |
---|---|
ing. Sir Francis Edward Younghusband | |
| |
Doğum tarixi | 31 may 1863(1863-05-31)[1][2][…] |
Doğum yeri | Murri, Ravalpindi, Pəncab, Britaniya Hindistanı, Britaniya imperiyası |
Vəfat tarixi | 31 iyul 1942(1942-07-31)[1][2][…] (79 yaşında) |
Vəfat yeri | Litçet Minster, Dorset, İngiltərə |
Vəfat səbəbi | insult |
Dəfn yeri | Litçet Minster kənd qəbristanlığı |
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Milliyyəti | ingilis |
Dini | xristian |
İxtisası | hərbçi |
Təhsili | Kral Hərbi Məktəbi |
Fəaliyyəti | İngilis zabiti, polkovnik-leytenant, səyyah, dini yazıçı |
Fəaliyyət illəri | 1882-1922 |
Tanınır | səyahətçi və tədqiqatçı kimi |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Uzaq Şərqə və Mərkəzi Asiyaya səyahət etmiş, 1903-cü ildə ingilislərin Tibetə ekspedisiyasına rəhbəri olub, bu zaman tibetlilərlə silahlı qarşıdurma baş verib. Mərkəzi Asiya, xarici siyasət və dini mistisizmə dair bir sıra əsərlərin müəllifidir. Yanqhazband Britaniyanın Tibet üzrə komissarı və Kral Coğrafiya Cəmiyyətinin prezidenti də daxil olmaqla bir neçə vəzifədə çalışıb.