From Wikipedia, the free encyclopedia
Frankfurt Kitab Sərgisi (alm. Frankfurter Buchmesse) — hər il Almaniyanın Frankfurt şəhərində təşkil olunan kitab sərgisi. İştirakçı nəşriyyat şirkətlərinin və sərgiyə gələnlərin sayına görə dünyanın ən böyük kitab sərgisi hesab olunur. Bu sərgi beynəlxalq sazişlərin bağlanması və ticarət əlaqələrinin yaranması sahəsində də liderdir. Beş günlük sərgi oktyabr ayının ortalarında keçirilir. Sərginin ilk üç günü məhz qonaqlar üçün nəzərdə tutulur, ictimaiyyət nümayəndələri isə adətən həftəsonu sərgiyə gəlirlər.[1]
Frankfurt Kitab Sərgisi | |
---|---|
Frankfurter Buchmesse | |
| |
Status | aktiv |
Janr | müxtəlif |
Tezliyi | hər il oktyabr ayının ortalarında |
Yer | Frankfurt |
Ölkə | Almaniya |
Yaradılıb |
XVII əsr 1949 (müasir) |
Qeydiyyat | var |
book-fair.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Frankfurt Kitab Sərgisi 600 ildən çox tarixə malikdir. Alman ixtiraçı Yohan Qutenberq tarixdə ilk dəfə metal lövhələrin köməyi ilə kitab çapı üsulunu tətbiq edib. 1440-cı il kitab çapının ixtirası ili hesab olunur. Bu ixtiradan təxminən on beş il sonra, 1454-cü ildə yerli kitab satıcıları Frankfurtda ilk kitab sərgisi təşkil etdilər. Bu dövrə qədər Frankfurt əlyazmaların satış məkanı hesab edilirdi. İlk sərgidə isə artıq çap kitabları diqqət mərkəzində idi. XVII əsrin sonuna qədər Frankfurt Kitab Sərgisi Avropanın ən mühüm kitab sərgisi hesab edilib. Siyasi və mədəni inkişafı əks etdirən Maarifçilik dövründə 1632-ci ildən Leypsiqdə keçirilməyə başlayan Leypsiq Kitab Sərgisi Frankfurt Kitab Sərgisinin rolunu bir qədər azaltdı.[1]
İkinci dünya müharibəsindən sonra Frankfurt sərgisi yenidən keçirilməyə başladı və 1949-cu ildə yenidən əvvəlki özəlliyini bərpa etdi. Sərgi Almaniya Naşirləri və Kitab Satıcıları Assosiasiyasının nəzdində olan Frankfurt Kitab Sərgisi MMC (Frankfurter Buchmesse GmbH) tərəfindən təşkil edilir. 2017-ci ildə 100-dən çox ölkənin 7.000 iştirakçısının eksponatları nümayiş olunan sərgini 280.000-dən çox insan seyr edib.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.