Finneas Beyrd OKonnell (ing. Finneas Baird O'Connell, 30 iyul 1997, Los-Anceles, Kaliforniya) — amerikalı müğənni, mahnı yazarı, musiqi prodüseri və aktyor. O, müxtəlif sənətçilər, xüsusi ilə də bacısı Billi Ayliş üçün mahnılar yazıb prodüserlik etmişdir. O, Böyük Dördlük kateqoriyalarındakı nominasiyalar da daxil olmaqla, 13 ümumi nominasiya arasında səkkiz "Qremmi" mükafatı qazanıb. Bundan əlavə o, "No Time to Die" mahnısına görə "Oskar", "Qızıl Qlobus" və "Qremmi" mükafatına layiq görülüb.

Cəld faktlar Ümumi məlumatlar, Doğum adı ...
Finneas OKonnell
ing. Finneas O'Connell
Thumb
Finneas 2019-cu ildə
Ümumi məlumatlar
Doğum adı Finneas Baird O'Connell
Doğum tarixi 30 iyul 1997(1997-07-30) (27 yaş)
Doğum yeri
Anası Meqqi Beyrd
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, müğənni-mahnı yazarı, gitaraçı, musiqi prodüseri, müğənni, mahnı yazarı[d], bəstəkar
Fəaliyyət illəri 2011-ci ildən
Janr pop musiqisi
Musiqi alətləri bas-gitara, klavişli alət[d], gitara, piano
Əlaqələri Billi Ayliş (bacısı)
Brayan Beyrd (dayısı)
Mükafatları "Qremmi" mükafatı Academy Award for Best Original Song Academy Award for Best Original Song
finneasofficial.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Finneas solo ifaçı kimi bir neçə sinql buraxıb və ilk mini-albomu "Blood Harmony"ni 2019-cu ilin oktyabrında yayımlayıb. Mini-albomun "Let's Fall in Love for the Night" mahnısı ABŞ Billboard alternativ mahnılar hit-paradında 17-ci pilləyə yüksəlmişdir.[1] Onun ilk studiya albomu "Optimist" 2021-ci ilin oktyabrında Interscope Records tərəfindən buraxılıb.

Finneas 2013-cü ildə "Life Inside Out" adlı müstəqil filmdə rol alıb.[2] O, həmçinin Fox musiqili komediya-dram serialı "Glee"də Alistair rolu ilə tanınır.[3] Bundan əlavə o, ABŞ sitkom serialı "Müasir ailə"də çəkilmişdir.[4]

Həyatı

Thumb
Finneas 2022-ci ildə bacısı Billi Ayliş ilə birlikdə canlı ifa sərgiləyir.

Finneas 30 iyul 1997-ci ildə Los-Anceles şəhərində anadan olmuşdur. Onun anası Meqqi Beyrd aktrisa və ssenarist,[5] atası Patrik O'Konnell isə aktyordur.[4][6] Musiqiçi ailəsində böyüyən Finneas anası tərəfindən musiqi təhsili almışdır. O, uşaq yaşlarından etibarən mahnı yazmaqla və prodüserlik etməklə məşğuldur.[7][8]

Şəxsi həyatı

Finneas hazırda Los-Ancelesdə yaşayır.[9] Onun 2018-ci ildən yutuber Claudia Sulewski ilə romantik münasibəti var.[10][11][12] O, "Claudia" adlı sinqlını onunla tanış olduğu gecədən sonra yazmışdır.[13]

Valideynləri tərəfindən vegetarian kimi böyüdüldüyünü hazırda isə veqan olduğunu bildirir.[14][15]

Diskoqrafiya

Studiya albomları

Mini-albomları

Soundtrek albomları

  • The Fallout (2021)
  • Vengeance (2022)

Filmoqrafiya

Thumb
Finneas anası Meqqi Beyrd ilə 2014-cü ildə Palm-Biç Beynəlxalq Film Festivalında
Əlavə məlumat İl, Adı ...
İl Adı Rol Qeyd
2011 Bad Teacher Spencer
2013 Life Inside Out Shane
2013 Tomorrow Tom Short
2013–2014 Müasir ailə Ronnie Jr. 2 episodes
2014 happySADhappy Andrew Short
2015 Glee Alistair 4 episodes
2015 Aquarius Earnest Boy 2 episodes
2015 Fallout 4[16] Liam Binet (dublyaj) Videooyun
2018 Confessions of a Teenage Jesus Jerk[17] Tom
2021 Billie Eilish: The World's a Little Blurry[18] Özü Sənədli film
2021 Happier Than Ever: A Love Letter to Los Angeles[19] Özü Konsert filmi
2021 Saturday Night Live Özü Episode: "Billie Eilish/Billie Eilish"
2022 Turning Red 4*Town üzvü Jesse (dublyaj)
Bağla

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.