From Wikipedia, the free encyclopedia
Fatimilər xilafəti (ərəb. الخلافة الفاطمية, əl-Xilafa əl-Fatimiyyə) — Fatimilərin idarə etdiyi hərbi-teokratik dövlət. Şimali Afrikada yaranmışdır. Antifeodal xarakter daşıyan ismaililər hərəkatının genişlənməsindən istifadə edən ilk Fatimi xəlifəsi Ubeydullah əl-Mehdi (909–934) ərəb və bərbər tayfalarının köməyi ilə Əğləbiləri hakimiyyətdən salaraq Fatimilər xilafətinin əsasını qoymuşdu. O, az bir muddətdə Mərakeş istinsa olmaqla bütün Şimali Afrikanı tutmuşdur. Yarım əsr sonra Misir və Suriya da Fatimilər xilafətinə daxil edilmişdir. 969-cu ildə Fatimi sərkərdəsi Cauhər Misiri tutmuş və Qahirə şəhərinin əsası qoyulmuşdur. 973-cü ildə ildə Qahirə xilafətin paytaxtı elan edilmişdir. X əsrin sonunda Fatimilərin hakimiyyəti Suriyadan Mərakeşə qədər yayılmışdı.[1]
Bu məqalə qaralama halındadır. |
Tarixi dövlət | |||
Fatimilər xilafəti | |||
---|---|---|---|
ərəb. الدَّولةُ الفَاطميَّةُ əd-Daula əl-Fətimiya | |||
|
|||
|
|||
|
|||
Paytaxt | Mehdiyyə, əl-Mənsuriyyə, Qahirə | ||
Dilləri | Bərbər dili, ərəb dili, qibti dili | ||
Rəsmi dilləri | ərəb dili | ||
Valyuta | Dinar, Dirhəm | ||
Ərazisi | 5100000 | ||
İdarəetmə forması | Monarxiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
Fatimi xəlifələri (xəlifə eyni zamanda ismaili imamı sayılırdı) tədricən feodal hakimlərinə çevrilmişdilər. X əsrin sonlarında, xüsusən xəlifə Əzizin (975–996) dövründə məhsuldar qüvvələrin artması, əkinçiliyin inkişafı, sənətkarlıq və ticarətin genişlənməsi nəzərə çarpırdı. XI əsrin ortalarında Fatimilər xilafəti zəifləmiş, 1048-ci ildə Şimali Afrika Fatimilər xilafətindən ayrılmışdır. XII əsrin ortalarına qədər normanlar Siciliya, Malta, Tripoli, Mehdiyyə və s. şəhərləri zəbt etmişdilər. Suriya səlibçilərin, sonra isə səlcuqların hakimiyyəti altına girmişdir. 1169-cu ildə Fatimilər xilafətində vəzir təyin olunmuş Səlahəddin Əyyubi 1171-ci illə hakimiyyəti ələ keçirmiş və Misirdə Əyyubilər sülaləsinin əsasını qoymuşdur.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.