From Wikipedia, the free encyclopedia
Ermənistan pasportu — Ermənistan vətəndaşlarına Ermənistandan kənara səyahət etmək üçün verilən sənəd. Ölkə daxilində şəxsiyyət vəsiqəsi kimi də istifadə olunur.
Ermənistan pasportu | |
---|---|
erm. Հայկական անձնագիր | |
Tərəfindən verilib | Ermənistan |
Sənəd növü | Pasport |
Məqsəd | Şəxsiyyət doğrulama və səyahət |
Bitmə müddəti | 10 il |
Vikianbarda əlaqəli mediafayllar |
Adi Ermənistan pasportu tünd göy rəngdədir, üz qabığının ortasında isə Ermənistanın gerbi qızılı rəngdədir. Üz qabığında (erm. Հայաստանի Հանրապետություն) "Ermənistan Respublikası" və (erm. Անձնագիր) erməni və ingilis dillərində "Pasport" yazılıb. Pasport verildiyi tarixdən etibarən 10 il müddətində etibarlıdır, onun etibarlılığını əlavə 5 il artırmaq imkanı var. Pasportun 5 il müddətinə uzadılması imkanı 2017-ci ilin avqustunda aradan qaldırılıb. Həm erməni, həm də ingilis dillərində xüsusi qeydlər və vizalar və sahibi haqqında məlumat üçün 32 səhifədən ibarətdir. 2012-ci il iyunun 1-dən Ermənistan vətəndaşlarının adi pasportlarını əvəz etmək üçün iki yeni şəxsiyyət sənədi tətbiq edilib. Sənədlərdən biri – şəxsiyyət vəsiqəsi ölkə daxilində yerli, ikincisi isə biometrik pasportdan xaricə səyahət üçün istifadə olunacaq. Pasportdakı elektron çipdə barmaq izlərinin rəqəmsal təsvirləri və pasport sahibinin fotoşəkili olacaq. Həm biometrik pasportlar, həm də eID kartları Polşa Təhlükəsizlik Çap İşləri (Polska Wytwornia Papierow Wartosciowych) tərəfindən istehsal olunur. 2016-cı ildə (2019-cu il yanvarın 1-dək) köhnə tipli (qeyri-biometrik) pasportlar müvəqqəti olaraq bərpa edilib və hazırda Ermənistan vətəndaşları həm biometrik, həm də adi pasportlar əldə edə bilərlər.
2011-ci ilin 1-ci rübündən Ermənistan vətəndaşlarına verilən iki yeni şəxsiyyət sənədi adi pasportları əvəz edəcək. Sənədlərdən biri — şəxsiyyət vəsiqəsi ölkə daxilində yerli, ikincisi isə biometrik pasport beynəlxalq gediş-gəliş üçün istifadə olunacaq.
Ermənistan vətəndaşları 2012-ci il iyunun 1-dən biometrik pasport almaq üçün müraciət edə bilərlər. Biometrik pasportdakı elektron çipdə pasport sahibinin barmaq izi və rəqəmsal fotoşəkili var.[1]
2011-ci ilin fevral ayından etibarən Ermənistan Aİ ölkələri ilə Ermənistan vətəndaşlarının Aİ ölkələrinə gediş-gəlişi üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparır. Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı da müzakirələr gedir. 28 iyun 2012-ci ildə Aİ və Ermənistan arasında Readmissiya Sazişi üzrə danışıqların 3-cü raundu keçirilib. Aİ ilə Ermənistan arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş 2012-ci il dekabrın 17-də imzalanıb.
2013-cü il noyabrın 11-də Ermənistan Milli Assambleyası Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişləri təsdiqləyib. 108 deputat qətnaməni yekdilliklə qəbul edib. Sazişlər ratifikasiya edildikdən bir ay sonra viza rejiminin sadələşdirilməsi qüvvəyə minəcək. Müqavilənin yekun məqsədi Aİ-nin Ermənistana vizadan azad edilməsidir.
Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Piotr Svitalski bəyan edib ki, 2017-ci ildə keçiriləcək növbəti şərq tərəfdaşlığı sammitinin gündəliyində Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılmasına başlamaq üzrə fəaliyyət planı olacaq. Ermənistan vətəndaşlarının Aİ-nin Şengen zonasına vizasız gediş-gəlişi ilə bağlı dialoq 2018-ci ilin əvvəlində başlayacaq.[2] Səfir həmçinin bəyan edib ki, Ermənistan vətəndaşlarına 2020-ci ilə qədər Aİ-yə vizasız gediş-gəliş imkanı veriləcək.[3]
Ermənistan pasportu sahibləri Rusiyaya 90 gün ərzində vizasız gedə bilərlər.
15 avqust 2015-ci il tarixindən etibarən Ermənistan pasportu sahibləri internetdən onlayn elektron viza əldə etməklə Hindistana gedə bilərlər.
İki ölkənin qarşılıqlı razılaşması nəticəsində Ermənistan vətəndaşları 19 yanvar 2020-ci il tarixindən etibarən 3 ay müddətinə Çinə vizasız gedə biləcəklər.[4]
Henley Visa Restrictions Index 2019 hesabatına əsasən, Ermənistan vətəndaşları 60 ölkəyə sərhəd qapısında vizalı və ya vizasız səyahət edə bilərlər.[5] Bununla da Ermənistan vətəndaşları səyahət azadlığına görə dünyada 84-cü yerdə qərarlaşıb.
Ermənistan Respublikası ilə müharibə vəziyyəti ilə əlaqədar olaraq Ermənistan Respublikası vətəndaşlarının, erməni və erməni əsilli digər xarici vətəndaşların Azərbaycana gəlməsi qadağandır.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.